“Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası ilə bağlı məsələlər müzakirə mərhələsindədir”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: “Qərar qəbul olunan kimi ictimaiyyətə məlumat veriləcək”.


Şərhlər
İndi i heç olmasa icazə doğma kəndinə,rayonuna gedə bilsin,gec də olsa ölüb itənlərin evinə ailəsinə baş çəkə bilsin. İMKANSIZLARIN uşaqları, yaşlıları DƏNİZ qırağına gedib dəniz suyu, günəş, qum vannası qəbul etsinlər,zaqar eləsinlər,xəstəliyə,aclığa dözümlü olsunlar. Hamı xəstədir. Həm də PSİXOLOJİ durum da kritik vəziyyətdədir. İsti havada 40 dərəcə istidə kiçik havasız evlərdə 50-55 dərəcə olur. Dözmək mümkün deyil. Bizim sizin kimi kef çəkməyə imkanımız yoxdur, sizin kimi bizim milyardlarımız villalarımız,elit binalarda mənzillərimiz, 10 minlik kondisoner, hovuzlarımız yoxdur. Təbiətin bizə verdiyi pulsuz müalicəni də əlimizdə almayın. İnsan olun. İnsan gərək şah da olsa, nökər də olsa insanlığı yaddan çıxarmasın. 15-20 gün heç olmasa icazə verin. Sonra yenə öz oyununuzu,kreslo,pul davanızı davam edərsiniz. Dünyanın heç bir normal ölkəsində bizdəki qeyri-insani qadağalar yoxdur.