"GENERAL-MAYOR HƏŞİMOV SƏNGƏRDƏ ŞƏHİD OLUB" - "Azərbaycan bayraqları bu gün də orada dalğalanır"

“General-mayor Polad Həşimovun həlak olması ilə bağlı manipulyasiyalar şəhidlərimizin ruhuna hörmətsizlikdir”.

 Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Videomaterialda 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildiririk ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Videoda general-mayor P.Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndiririk. 

İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmalarını və daha konstruktiv mövqe nümayiş etdirməklərini tövsiyə edirik. 

Müdafiə Nazirliyi mediamızdan və sosial şəbəkə istifadəçilərindən şəhidlərə və onların ailələrinə hörmət, hərbi qulluqçularımızın vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə xidmət edən çıxışlar gözləyir", - deyə xəbərdə qeyd edilir.

635x100

Şərhlər

Omer 2020-08-03 00:37:36

Siz niye indiye kimi aciqlama vermirdiniz? Inaninki hec bir heqiqeti xalqi ve ordunu ruhdan sala bilmez. Yalan olmasin. Yalanin olmamasi lazimdir

Fəxrəddin 2020-08-02 18:55:20

General Aydəmirov da manipulyasiya edir?

t.ədalət 2020-08-02 18:14:18

Manipulyasiya dediyinizi ,birinci Yaşar Aydəmirov mətbuata açıqlamasında yaydı,sonra da hansısa təəsrə məruz qalaraq şərhindən imtina etdi.Odur ki,media və ayrı-ayrı adamları günahlandırmaq doğru deyildir.

vuqar 2020-08-02 17:57:46

MN GENERAL|M|Z|N SEH|D 0LMAS| HAQQDA RESM| MELUMAT YAYMAL| VE BU MELUMAT|N TEKZ|B0LNMAMAS|N| DEMEL|D|.MEN MUTEMAD| BU XEBERLER| |ZLEYEN VETENDAS K|M| 0NU QEYD EDE B|LEREMK| BU GUNE K|M| YALAN 0LMAS|N 4-5 VERS|YADA XEBERLER D0LASMAQDAD|R BUNA S0N N0QTEN| MN Q0YMAL|D|! M|LLET GENERAL|N|N NECE SEH|D 0LDUGUNU B|LMEL|D|!

Son yazılar