Novruzov tibb ekspertlərinin təkliflərini bəyənməyib – “Harda maska, dərman pulsuz verilir?”

Bir qrup tibb sahəsi üzrə professor, ziyalı, icimai-siyasi fəal hökumətə pandemiya ilə mübarizədə təkliflərini təqdim ediblər. Onlar təkliflərə keçməzdən öncə 2020-ci ilin may-iyul aylarında kütləvi yoluxmaların sayının kəskin artması ilə bağlı özlərinin mülahizələrini irəli sürüblər. Həmin şəxslər qeyd ediblər ki, fevral-aprel aylarında - mübarizənin başlanğıcında bir çox müsbət və effektli addımlar atılsa da, sərhədlər vaxtında bağlanmayıb.

Habelə qeyd edildiyinə görə, karantin tədbirlərinə anında start verilməyib, sərt karantin qaydaları zamanı bəzi yanlışlıqlara yol verilib və rejimin yumşaldılmasından əvvəl lazımi təlimatlar hazırlanmayıb. Təklif müəlliflərinin fikrincə, həmçinin, əhalinin sanitar-tibbi maarifləndirilməsi işlərinin keyfiyyətsizliyi, insanların tibbi-psixi reabilitasiyası və əks-epidemik davranışların (sosial məsafə gözlənilməsi, maska taxılması və s) pozulması kütləvi yoluxmaların sayının kəskin artması ilə nəticələnib.

Təkliflər sırasında bütün COVİD-19 testləri və müayinələrinin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılması, tibbi maskaların pulsuz paylanılması vacib sayılıb. 

Eyni zamanda, aptek şəbəkələrinin COVİD-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarətin təmin edilməsi və 5 avqustdan ( Həmin tarxə kimi Bakı vəölkənin bir sıra yerlərindəkarantin sərtləşdirilib) karanin reiminin yumşaldılması vacib sayılır. Habelə, qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iasə müəsisələrində, istehsal müəssisələrində, inzibati, özəl binalarda, idman obyektlərində insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanması və onların insanlara əlçatanlığının təmin olunmasını tövsiyə olunur.

Təkliflər sırasında qeyd olunur ki, COVİD-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, DST ( Dünya Səhiyyə Təşkilatının) təlimatlarına müvafiq aparılmalıdır: “Mediada əhalinin COVİD-19 ilə qorxudulma yanaşmasını məqsədəuyğun hesab etmirik. Xəstələrin 80%-nın xəstəliyi simptomsuz, yüngül və orta ağrlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılmalı, lakin qorxudulma istiqamətində təbliğat dayandırılmalıdır. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğundur.

Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması vəönlənməsi) aparılmasıüçün müvafiq addımlar atılmasını məqsədə müvafiq hesab edirik...”.

Milli Məclisdə Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası(YAP) icra katibinin müavini Siyavuş Novruzov isə bu təkliflərə münasibət bildirərkən azadliq.org-a deyib ki, müraciəti imzalayanların əksəriyyətini tanımır.

S.Novruzov daha sonra sual edib:“Yaxşı olardı, təklif irəli sürən adamlar dünyanın bir ölkəsini göstərsinlər ki, orda maska, dərman pulsuz verilir, teslər dövlət hesabına aparılır”.

YAP-çı deputat “İspaniyada, İsraildə, Türkiyədə pulsuz maskaların paylandığı, yaxud testlər aparıldığı” replikasını“boşşeydir” deyə reaksiya verib: “Elə şey yoxdur. Həm də maskanın dəyəri nədir, 30 qəpikdir, bundan ötrü xüsusi müraciətə ehtiyac varmı? Eləşey təklif etsinlər ki, ciddi olsun. Yoxsa 30 qəpiklik maskadan ötrü müraciət edirlər ”.

Siyavuş Novruzov vurğulayıb ki, prezident 3 aydır işsiz və karantində işini itirən şəxslərə 190 manat pul verir, biznesmenlərin ziyanını dövlət ödəyir, ümumilikdə 3.5 milyard manat xərc çəkib: “Xəstəxanalarda pulsuz müalicə aparılır, o cümlədən, evlərdən xəstələr təcili yardıma zəng edirlər, gəlirlər. Bəs nəüçün bunları qeyd etmirlər? Dövlət nə bacarırsa, edir, bir nümunə göstərsinlər ki, dövlət onu etməyib, edib də. Fermerlərə yardımlar olunur, dövlət onun əvəzinə sahəni bellələməlidir ki? Bu gün həkimlər koronavirusla mübarizəyə görə iki ay yardım alırlar, cərimələrdən toplanan vəsaitlər də həkimlərəödənilir. Hazırda həkimlərimiz qəhrəmanlıq göstərir. Hansısa məsuliyyətsiz adam metroya minir və 50 adamı birdən yoluxdurur”

Deputatın fikrincə, həkimlər belələrinin məsuliyyəsiz hərəkətiylə mübarizə aparırlar: “ Hansısa həkim narazılıq edirsə, bilin ki, onlar koronavirusla mübarizədə iştirak etmir. Bəlkə dəçalışır ki, iştirak etsin, amma hər sahənin öz həkimi var. Başqa bir amil, Kubadan, Rusiyadan, Türkiyədən nə qədər həkim gətirilib, bunların hamısına pul verilir, dövlət nə edirsə, vətəndaşüçün edir”.

Müraciəti imzalayanlardan professor Adil Qeybulla isə hesab edir ki, karantin qaydaları yumşaldılan zaman bu addımın gerçəkləşməsi heç bir təlimatsız mümkün deyil: “Hazırkı epidemoloji durum həmin yanlışlığın nəticəsidir. Təəssüf ki, müvafiq qurumları başqa şeylər maraqlandırır, nəinki ki, genefond, pandemiyayla mübarizə”.

Adil Qeybulla Siyavuş Novruzovun münasibətini də düzgün saymır: “Müraciətə imza atan 11 nəfər neçə vaxtdır Dünya Səhiyyə Təşkilatının təlimatlarını, hesabatlarını oxuyub belə qənaətə gəlib ki, pandemiyadan az itkilərləçıxaq. Deməli, hakim partiyanın üzvü belə danışırsa, hakimiyyətə bizim təkliflər sərf etmir”.

635x100

Şərhlər

Aborigen 2020-08-03 16:04:45

Mən möhtərəm deputatımızın fikirləri ilə tam razıyam. Utanmırlar maska davası edirlər.

ejder 2020-08-03 13:53:50

,,BOW WEY,,SENIN KIMI,,AKADEMIKLER ,,DI.PUTIN MEDAL PAYLAYIR

Pulsuz 2020-08-03 13:44:44

Niyə Qənirə paşayeva bir həftədə 300 vətəndaş dinləyib onların qayğısına qala bilir. Vaxt tapır. Digərləri bunu eləyə bilmirlər?Boş boş danışır siyavuş. Əlbəttə Türkiyədə maskanı havayı verirdilər. 85 milyon adam yaşayır Türkiyədə..

Oxucu 2020-08-03 13:37:40

COVİD-19 testləri və müayinələrinin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılması, tibbi maskaların pulsuz paylanılması yalnız şəhid ailələrinə, qarabağ əlillərinə və onların ailələrinə aid edilməlidir.

Kasıb 2020-08-03 12:45:58

Siyavuşda millətə qarşı xeyirli nə eşitmək olar? Uşaq puluna elə fikir bildirir,buna da belə. Adı millət vəkilidir,ancaq yetənə yetir yetmədiyinə bir təpik atır,kasıblara xeyirli heç nə demir. Hər şeyi də kotletə bənzədir

Alı 2020-08-03 12:32:09

Bu ziyalılar da bilmirlər kimin bostanına daş atırlar? Dərman, test, maska isə tem boli pulsuz ola bilməz.Bütün millət qırılsa belə pulsuz olmaz.Çünki, maska STRATEJİ sahədi və belə məsələləri müzakirə etmək də OLMAZ. ...

AMIN 2020-08-03 12:28:10

Bəs harada 5-10 qəpiklik maska 30 qəpik olub?

pensioner 2020-08-03 11:53:48

Maska,dərman pulsuz olmasa da,pandemiyadan əvvəlki qiymətlərlə satılsın.Fevralda maskanın qiyməti max. 10 qəp. idi.

BAKILI 2020-08-03 11:48:30

Bu ecaib insan milletin vekilidir yoxsa hakimiyyetin

Yengibar 2020-08-03 11:47:44

Sözsüz ki, bu gün Azərbaycan üçün ən ağır itki Qarabağdır. Amma, inanın ki, Qarabağdan daha böyük itkilərimiz var və bu itkilərin baiskarı Novruzov kimilərdir.Heç bir intellekt potensialı olmayan novruzovların siyasəti xalqı özlərindən daha "tupoy" səviyyəyə salmaqla ağıllı görsənmək istəyi olub. Təəssüflər olsun ki, buna nail olublar da! Bu ölkənin alimləri, mütəxəssisləri danışanda Novruzov "boş şeydir" deyib ağızlarına vurursa, artıq fəlakətdir.

Siyavusa 2020-08-03 11:38:08

Maska dumyamin cox ollelrrinfe pulduz verilir.dovlet xestexanalarimda dermam pulsuzdur!

İşsiz 2020-08-03 11:10:02

Bəs hardan xalqa heç nə vermədən ancaq deputatlara bayram pulu verilir?

Azer 2020-08-03 10:57:45

belə yerdə deyiblər, yixib ....

Son yazılar