Menu

Azərbaycan Livana 1 milyon ABŞ dolları maliyyə yardımı göstərəcək

05.08.2020, 20:44
Azərbaycan Livana 1 milyon ABŞ dolları maliyyə yardımı göstərəcək

Azərbaycanın Baş Naziri Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, qərarda 2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayışın çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olduğu bildirilir.

Qərarda deyilir ki, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Xarici İşlər Nazirliyinə 1 000 000 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

Kələntər 2020-08-06 21:09:20

T.ədalət, yardım ...

Eko 2020-08-06 08:57:26

Ne qedeeer? Bes 190 azn ?

T.ədalət 2020-08-05 21:02:39

Livanın əksəriyyəti ermənidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol