“RUSİYANIN PRİORİTETLƏRİNDƏN BİRİ: Postsovet ölkələri ilə münasibət” - Putin

Rusiyanın xarici siyasət prioritetlərindən biri də digər postsovet ölkələri ilə münasibətdir.

“AzPolitika” xəbər verir ki, bu barədə avqustun 7-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi operativ müşavirədə bəyan edib.

«Onlar bizim ən yaxn qonşularımız, bizim müttəfiqlərimizdilər. Bizim maraqlarımız - həm iqtisadi, həm də siyasi maraqlarımız üst-üstə düşür. Bu, şübhəsiz, bizim xarici - siyasi prioritetlərimizdən biridir» - Putin qeyd edib.

Buna qədər Putin ümumilikdə, dünyadakı situasiyanın müzakirəsini təklif edib - bu zaman postsovet məkanındakı vəziyyətə aksent etməklə.

Müşavirədə Mixail Mişustin, Valentina Matviyenko, Vyaçeslav Volodin, Dmitri Medvedyev, Anton Vuyno, Nikolay Patruşev, Vladimir Kolokoltsev, Sergey Şoyqu, Aleksandr Bortnikov iştirak ediblər.

Rusiyanın Ukraynaya, Belarusa, Moldovaya, Azərbaycana, Gürcüstana yönəlik qeyri-dost (separatçı) davranışı açıq-aydın göstərir ki, ruslar demiş, Putin sadəcə, «lukavit», vəssalam.

AzPolitika.info

635x100

Şərhlər

Bəhram Cəfərov 2020-08-08 16:27:09

RF və Kremlin üstün dünya zəfəri MDB ardınca Türkiyə ilə daha böyük ortaqlığa nail olmasıdır!

vuqar 2020-08-08 15:03:38

BUNUN F|KR| MDB 0LKELER|N| S0NADEK B|R-B|R|NE Q|RD|RMAQD|R SADECE BUNU USTU0RTULU SEK|LDE DEY|R! |NAN|NK| LUKASENK0 PUT|N| HEC VEC|NEDE ALM|R YER| GELSE RUS|YA |LE NEY| VAR KELLE -KELLEYEDE GELECEK! BEL0RUS RUS|YADAN AS|L| 0LDUGUNA G0RE C0X DER|NE GEDE B|LM|R LUKA! MUJ|KD|! MUJ|K!

Xalq 2020-08-08 11:07:59

rusiya kimi dost sovxaya qalsın.

Son yazılar