BELARUSDA ETİRAZLAR DAVAM EDİR - OMON atəş açır, yaralılar var + VİDEOLAR (Yenilənib)

Belarusda ötən gün keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq müxalifət tərəfdarları paytaxt Minskdə və digər iri şəhərlərdə dünən gecədən etiraz aksiyaları keçirməyə cəhd göstərir. Lakin Belarus təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına sərt müdaxilə edir.

Virtualaz.org xəbər verir ki, Minskin Qələbə meydanında dünən gecə yarısını keçmiş etiraçılarla milis arasında toqquşmalar başlayıb. Təhlükəsizlik qüvvələri səs-işıq qumbaraları atır, müxalifət isə feyerlər yandırır və onları milisə tərəf atır. Mitinqçilər arasında yaralananlar olub. Habelə “Mink-qəhrəmanlar şəhəridir” abidəsinin qarşısında da toqquşmalar baş verib. Milis səs qumbaraları tətbiq edib. Etirazçılar isə zibil yeşiklərindən barrikadalar qurmağa başlayıb.

Səhərə yaxın OMON insanları şəhərin mərkəzindən sıxışdırmağa nail olub. Lakin Belarus KİV-ləri küçələrdə insanların sayının getdikcə artdığını bildirir. Daxili İşlər Nazirliyi operativ qərargah yaradıb, o cümlədən bütün rayon şöbələrində belə qərargahlar təşkil olunub.

Digər xəbərlərə görə Minskin mərkəzində atəş səsləri eşidilir. İki güclü partlayış da baş verib. “RİA Novosti “ Maşerova və Storojovski küçələrinin kəsişməsində tüstü buludunun havaya qalxdığını bildirir. Telegram-kanallarda yayılan xəbərlərə görə Minskin “Yubileynaya” otelinin və İdman Sarayının qarşısında çoxsaylı insan kütləsi toplaşıb. OMON onlara müdaxilə edib, insanlar qaçıb ağacların və kolların arasında gizlənməyə çalışıblar.

Minskin “Belarus “ kinoteatrı səmtində də minlərlə insanın yürüşə çıxdığı bildirilir. OMON onlara boş patronlarla, bəzi məlumatlarə görə isə rezin güllələrlə atəş açıb. Başqa bir küçədə dustaqları daşımaq üçün nəzərdə tutulan maşını etirazçılar kütləsinin üzərinə sürüblər, bir nəfər yıxılıb. Digər etirazçılar dərhal onun ətrafına toplaşıblar, bu zaman onlara səs-işıq qumbaraları atıblar. 5-6 nəfər ciddi xəsarət alıb. Təcili yardım maşını gəlib. Maşınla vurulan etirazçının reanimasiyada olduğu bildirilir.

Minsklə yanaşı Moqilyov, Vitebsk, Brest və digər şəhərlərdə də etirazlar qeydə alınıb. Qrodno şəhərində milis gözyaşardıcı qaz tətbiq edib. Etirazların olduğu şəhərlərdə həbslər aparılır.

Belarusdan informasiyaların əldə edilməsi çətinliklə baş verir. Çünki bütün ölkə üzrə internetdə problemlər var. Hazırda Minskin mərkəzi küçələrini yük maşınları və xüsusi texnika ilə bağlayıblar.

***

Yerli vaxtla saat 01 radələrində Minskdə Pobediteley prospektində və "Minsk - Qəhrəman Şəhər" stellasının yaxınlığındakı ciddi qarşıdurmalar davam etdiyi xəbəri yayılıb. İlkin məlumatlarda bildirilirdi ki, oraya bir neçə min etirazçı toplaşıb. İnsanlara qarşı hökumət qüvvələri səs bombalarından və gözyaşardıcı qazlardan istifadə edib. Şahidlər Minsk şəhərinin mərkəzində çox sayda təcili yardım maşınları gördüklərini bildiriblər.


Səhərə yaxın bir etirazşının öldüyü, bir neçə nəfərin toqquşmalarda ağır yaralandığı xəbəri yayılıb. Öldürülmüş aksiyaçşı ilə bağlı da foto yayılıb. Minskdəki Müstəqillik prospektində seçkinin nəticələri ilə razılaşmayanların avtomobillərlə yürüşü də olub. Prospekt boyunca keçən bütün avtomobillər siqnal verərək etirazlarını bildiriblər.

Belarus Mərkəzi Seçki Komissiyası ilkin məlumatları bu gün səhər elan edəcək. Amma artıq aydındır ki, Lukaşenko artıq bu seçkinin qalibidir.

Politoloq Anton Davidçenko mk.ru-ya deyib ki, müxalifət avqustun 10-da mümkün qədər daha çox insanı meydanlara çıxarmağa çalışacaq.

“Üstəlik, əvvəlcədən proqnozlaşdırdığımız kimi, əsas diqqəti Minskə deyil, digər şəhərlərə yönəldəcəklər. İndi onlar üçün bütün Belarusun Lukaşenkoya qarşı olduğunu göstərmək vacibdir. Lukaşenkonun necə hərəkət edəcəyi sual altındadır. Etirazçılara qarşı çox sərt davranış katalizator rolu oynaya bilər. İndi Lukaşenko mümkün qədər vaxt qazanmalı və qanuni prezident olduğuna diqqət etməlidir. Mümkün qədər digər ölkələrdən legitimlik almalıdır. Əminəm ki, Qərb bu seçkiləri tanımayacaq” deyə, politoloq bildirib. 

Xatırladaq ki, Belarus hakimiyyətinin təşkil etdiyi exit-poll nəticələrinə görə Aleksandr Lukaşenko 79 faizdən çox səs toplayıb. Onun əsas rəqibi Svetlana Tixanovskaya isə 7 faizə yaxın səsə kifayətlənməli olacaq.

***

Belarusda 12 saat davam edən prezident seçkisində səsvermə Bakı vaxtilə saat 21-də başa şatıb. Belarus seçki qanunvericiliyində seçkidə “exit-poll” qadağandır, o səbəbdən ilkin nəticələr üçün ancaq rəsmi məlumatları gözləmək lazım gələcək.

Seçki bitdikdən dərhal sonra gözlər müxalifət düşərgəsinə və hakimiyyətə dikilib. İnternetin gün ərzində “ölə-ölə” işləməsi xüsusilə jurnalistləri çətin vəziyyətə salıb. Bir çox telekanallar efirə canlı qoşula bilməyib, yalnız telefonla xəbərləri ötürə biliblər. Gün ərzində YouTube işləməyib, seçki bitdikdən sonra internetin ümumiyyətlə kəsilməsi xəbərləri gəlməkdədir.

Seçki məntəqələri bağlanan kimi ən müxtəlif şayiələr yayılmağa başlayıb. Bunlar sırasında Lukaşenkonun ailəsinin ölkəni tərk etməsindən tutmuş ölkənin əsas şəhərlərinə ordu yeridilməsi xəbərləri var. Bildirilir ki, güc strukturlarlı xalqın hər hansı bir etiraza qalxacağı təqdirdə hərəkətə keçmək əmri gözləyir. Məlumdur ki, ötən gecə Minskə qoşun bölmələri gətirilib və bunlarla bağlı hökumət heç bir məlumat yaymayıb. Həbslərlə bağlı da xəbərlər xeyli intensivləşib.

Məlumdur ki, Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri də daxil olmaqla dünəndən həbsdədirlər. Bildirilir ki, Svetlana Tixanovskaya həbsdə olan bankir Viktor Babarikonun seçki qərargahındadır, amma jurnalistlərlə heç bir təması yoxdur.

Həmin vaxt mətbuat konfransı keçirən Belarus prezidentliyinə müxalifətin əsas namizədi olan Svetlana Tixanovskaya nəticələri saxtalaşdırıla bilməyən bir neçə dairədə Lukaşenkonu böyük səs çoxluğu ilə üstələdiyini deyərək, seçkilərdə qalib gəldiyini açıqlayıb. O, seçki məntəqəsinə gedən belarusların əksəriyyətinin onun lehinə səs verdiyinə əminliyini bildirib. Tixanovskayanın qərargahı dinc nümayişçilərə qarşı güc tətbiqini hakimiyyətin səhvi hesab edib. 

Səhərə yaxın Tixanovskayanın səhhətində ciddi problemlər yarandığı barədə xəbərlər yayılıb. Bildirilib ki, xanım namizəd çox yorğun görünüb, mətbuat konfransında zorla ayaqda dayanıb. O deyib ki, bu gün ilkin nəticələr elan olunduqdan sonra bütün suallara cavab verməyə çalışacaq.

***

Səsvermə başa çatdıqdan sonra Belarus Daxili Qoşunlarının xüsusi texnikaları və yük maşınları ölkə prezidenti Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahının binasını əhatəyə alıb. Bu barədə RBC məlumat verib. Bildirilir ki, təhlükəsizlik qüvvələri iqamətgah yerləşdiyi ətraf küçələrin hamısını bağlayıblar.

Bundan əlavə, Daxili Qoşunlar Baş Poçt İdarəsinin yaxınlığındakı piyada yolunu da bağlayıblar.

Belarusun BelTA agentliyi xəbər verir ki, "Mir" Dövlətlərarası Televiziya və Radio Şirkətinin sifarişi ilə "BKMO" RSOO adlanan sosioloji qrup prezident seçkilərində exit-poll keçirib. Onların nəticələrinə görə, əsas rəqiblər-Lukaşenko 79,7%, Svetlana Tixanovskaya isə 6,8% səs alıb.

Azadlıq Radiosunun saytında (INOAGENT MEDİA kimi tanınır) ölkə xaricində keçirilən 18 seçki məntəqəsində aparılmış qeyri-rəsmi exit-pollun nəticələri yayılıb. Nəticələr Belarusdakı seçki məntəqələrindən keçirilən rəsmi exit-pollun birbaşa əksinədir. O nəticələrə görə, Svetlana Tixanovskaya 71,28% , Lukaşenko isə 10,09% səs toplayıb.



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar