2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan 3-ü I təsnifat mərhələsində Şimali Makedoniya klubları ilə qarşılaşacaq.
"Report"un məlumatına görə, Çempionlar Liqasında çıxış edəcək "Qarabağ" sözügedən ölkənin "Sileks", Avropa Liqasında "Neftçi" "Şkupi", "Sumqayıt" isə "Şkendiya" təmsilçiləri ilə qarşılaşacaq.
Hər üç komanda bu mərhələnin oyununu Azərbaycanda keçirəcək.
Qeyd edək ki, "Qarabağ"- "Sileks" matçı avqustun 18-də, "Neftçi" - "Şkupi" və "Sumqayıt" - "Şkendiya" görüşləri isə avqustun 27-də keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.


Şərhlər