Avqust ayı üçün 190 manat nə vaxt veriləcək? - Nazirlik açıqladı...

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə - 190 manat nə vaxt ödəniləcək?

Bu barədə oxucular tərəfindən "AzPolitika.info" saytına suallar ünvanlanıb. Vətəndaşlar vəsaitin ödəniləcəyi tarix, qaydalarda edilən dəyişikliklərlə maraqlanırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirib ki, sözügedən vəsaiti almaq hüququ yaranan 278 min şəxsin siyahısı artıq aidiyyatı banklara göndərilib. Yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq.

"Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək - deyə o vurğulayıb.

Qeyd edək ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə veriləcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar