"Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur" - Azərbaycan Prezidenti

"Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir"."Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyətini qəbul edərkən deyib.

"Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür", - dövlət başçısı bildirib.

635x100

Şərhlər

Xalq 2020-08-13 21:45:14

Əgər Türk bazaları burada qurulmasa rus-erməninin ayağı yer alacaq ki, bunlar qorxdular. Azərbaycanın ölüm-qalımı bu baza müqaviləsindən asılıdır.

Türk 2020-08-13 20:36:53

Türkiyə ilə hərbi müqavilə bağlanmalı və Türk ordusu Azərbaycanda qalmalıdır. Yoxsa düşmənlərimiz daha da quduzlaşacaqlar

Son yazılar