“LUKAŞENKOYA CƏZA VERMƏK LAP YERİNƏ DÜŞƏRDİ, AMMA...” – Qərb Belarusa sanksiya tətbiq etməkdən niyə ehtiyatlanır?

Belarusda baş tutan son prezident seçkisi və ondan sonra baş verən hadisələr dünya mətbuatının əsas gündəm mövzularından biridir.

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” nəşri bu mövzuyla bağlı “Belarus prezidenti nə üçün sanksiyalara layiqdir” başlıqlı məqalə dərc edib. Aleksandr Lukaşenkonun və güc strukturlarının sərt tənqid olunduğu məqalədə Belarus hakimiyyətinə qarşı sanksiyaların tətbiqinin zəruri olduğu bildirilir:

“Belarusdakı son seçki bu ölkənin tarixində ən qəddar və çirkli hadisə kimi yadda qalacaq. Baş verənlərdən sonra prezident Aleksandr Lukaşenko sərt sanksiyalara layiqdir. Lakin hələlik Avropa Birliyi, Böyük Britaniya və ABŞ Belarus hakimiyyətini bizə tanış olan köhnə və səmərəsiz sözlərlə qınmaqdan uzağa getməyiblər.

Sanksiyalardan imtina edilməsi faktiki olaraq represiyaların davamı üçün lisenziya vermək kimi bir şeydir. Amma bütün bunlara baxmayaraq, Qərb çətin ki, ciddi sanksiyalar tətbiqinə getsin. Bunun bir neçə səbəbi var.

Birincisi, Qərb liderləri ehtiyat edirlər ki, Lukaşenkoya qarşı tətbiq olunacaq sanksiyalar onun Rusiya önündə “quyruq bulamasına” gətirib çıxaracaq. Ancaq biz hadisələrə daha yaxından baxsaq, onda anlaşılar ki, bu ehiyatlılığın əsası yoxdur və istənilən halda bu, baş verməyəcək. Çünki Rusiya ilə Belarus arasındakı münasibətlər artıq korlanıb. Belə ki, Belarus lideri Kremli onların daxili işlərinə müdaxilə etməkdə günahlandırır. Ona görə də sanksiyalardan qorxmaq lazım deyil. Sanksiyalar özünəməxsus xəbərdarlıq siqnalı olar və onun tətbiqindən sonra Belarus hökuməti Qərblə növbəti dəfə münasibətlər yaratmağa cəhd göstərər. Digər tərəfdən isə Lukaşenko Rusiya ilə qarşıdurmada ictimaiyyətdən daha böyük dəstək almaq üçün represiyaları zəiflədər.

İkincisi, Qərb Belarus hakimiyyəti ilə əlaqələrin yaxşılaşdırılmasına xeyli səy qoyduğu üçün sanksiyalar tətbiq etmək istəmir. Lukaşenkonu cəzalandırmaq 2014-cü ildə Ukraynada meydana gəlmiş münaqişədən sonra Belarusla əldə olunmuş nailiyyətlərin hamısının dəfn edilməsi deməkdir. Hətta, ABŞ dövlət katibi Mayk Pompeo bu yaxınlarda Minskdə Lukaşenko ilə görüş keçirib. Bundan sonra Belarus çox iri həcmdə olmasa da, ancaq böyük rəmzi məna daşıyan ABŞ nefti alıb. İndi əgər Qərblə Minsk arasındakı dialoq represiyalarla paralel aparılarsa, onda gərək Qərb öz vicdanı qarşısında cavab versin. Yəqin ki, elə belə də olcaq.

Qərbin iqtisadi sanksiyalardan və viza məhdudiyyətlərindən imtinasının üçüncü səbəbi həmin tədbirlərin səmərə verəcəyinə və demokratikləşmə prosesinə təsir göstərəcəyinə dair şübhələrlə bağlıdır. Ola bilər ki, indiki halda Lukaşenkoya cəza vermək lap yerinə düşər, lakin tarixdən yaxşı bəllidir ki, bu cür cəza üsulları ilə rejimlərin xarakterinin dəyişməsi nümunəsi çox azdır. Həmin məntiqə uyğun olaraq, əgər Qərb sanksiya tətbiq edərsə, onda Belarus hakimiyyəti sərt represiyalar kampaniyasını davam etdirəcək, çünki onların itirəcəyi heç nə qalmayacaq. Belarus hakimiyyəti əvvəlki illərdə Qərbin həyata keçirdiyi “kökə və qamçı” siyasətinə cavab kimi siyasi məhbusları azadlığa buraxmışdı.

Ədalət naminə onu demək lazımdır ki, sanksiyaların həm lehinə, həm də əleyhinə olan məntiqli arqumentlər var. Qərb Lukaşenkoya qarşı hər hansı sanksiya tətbiq etməsə də (siyasi iradənin çatışmaması və ya səmimi şəkildə onların səmərəliliyinə şübhə üzündən), sadə insanlara kömək məqsədilə sərt şəkildə represiyalara qarşı çıxmalıdır. Seçkilərdən sonra həbs edilmiş Belarus vətəndaşlarının vəkillərə və onlara kəsilmiş əsassız cərimələri ödəməyə pulları çatmaya bilər.

Əgər represiyalar daha da genişlənərsə, müstəqil KİV-lərə və insan haqları təşkilatlarına işlərini davam etdirmələri üçün pul lazım olacaq. Əksər sahibkarlar azad seçkiləri dəstəklədikləri səbəbindən öz bizneslərindən məhrum ola bilərlər.

Beləliklə, Qərb Lukaşenkoya qarşı sanksiyalar tətbiq etməsə də, ən azından çətin vəziyyətə salınmış belaruslarla həmrəy olduğunu nümayiş etdirməlidir.”

“AzPolitika.info”

635x100

Şərhlər

Millət 2020-08-15 21:34:06

Lukaşenkonu Çauşevski kimi güllələməsələr o gedən deyil.

Son yazılar