Menu

“Trampa Nobel mükafatı verilsin” - ABŞ-dan təklif səsləndi

15.08.2020, 16:02
“Trampa Nobel mükafatı verilsin” - ABŞ-dan təklif səsləndi

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayan hesab edir ki, prezident Donald Trampın Nobel mükafatına namizədliyi irəli sürülməlidir.

Robert O'Brayan zah edib ki, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətdə sıçrayışa nail olunmasındakı diplomatik xidmətlərinə görə, Trampı təltif etmək lazımdır.

Bu ərəfədə ABŞ prezidenti xəbər verib ki, adı çəkilən ölkələrin hakimiyyətləri münasibətlərin tam normallaşdırılması üzrə razılığa gəliblər. Qeyd olunur ki, İsrail və BƏƏ nümayəndə heyətləri investisiya, turizm, birbaşa aviareyslər, təhlükəsizlik, telekommunikasiya, texnologiyalar və digər sahələr üzrə ikitərəfli saziş imzalamaq üçün görüşməyə razılaşıblar. ABŞ lideri bunu «böyük uğur, İsrail və BƏƏ arasında tarixi sülh sazişi adlandırıb».

Bundan əvvəl Tramp bəyan edib ki, əgər Nobel mükafatını ədalətlə «paylasalar» özü bu mükafatı alardı.

«İştah diş altındadır» atalar məsəli bu epizodda da özünü doğrultmuş oldu. Bu hesabla BƏƏ rəhbərliyinə də «Şnobel mükafatı» düşür…

AzPolitika.info

Şərhlər

Xalq 2020-08-15 19:18:34

malades

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol