Menu

Rusiyada mədəndə baş verən dağıntı nəticəsində 4 nəfər həlak olub

15.08.2020, 23:14
Rusiyada mədəndə baş verən dağıntı nəticəsində 4 nəfər həlak olub

Rusiyanın Vorkutada (Komi Respublikası) yerləşən mədəndə baş verən dağıntı nəticəsində 4 mədənçi həlak olub.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi Respublikası üzrə İdarəsi qəza barədə məlumatı təsdiqləyib.

Bildirilib ki, mədəndə kömür daşınması üçün konveyer kəmərinin keçdiyi zolaq çöküb və nəticədə 4 nəfər həlak olub.

Xilasetmə bölmələri hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, digər mədən işçiləri xəsarət almayıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol