Menu

Belarusda dövlət teleradio şirkəti tətil elan edib - Efir boş qalıb (VİDEO)

17.08.2020, 11:50
Belarusda dövlət teleradio şirkəti tətil elan edib - Efir boş qalıb (VİDEO)

Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

“Report” “tut.by”a istinadən xəbər verir ki, 600 nəfər şirkət binası qarşısında nümayişə çıxacağını elan edib.

Məlumata görə, tətili elan etmədən öncə onlar şirkət rəhbəri İvan Eysmonta məktub ünvanlayıblar. Məktubda işçilər seçki nəticələrini saxta elan olunması, MSK sədri Lidiya Yermoşinanın istefaya göndərilməsi, siyasi məhbusların azad edilməsi, KİV-də senzuranın ləğvini tələb ediblər.

Bildirilib ki, məktubu imzalayanların sayı 55-i ötüb. Qeyd olunub ki, şirkətin 1,5 min əməkdaşı mövcuddur.

Şərhlər

Vətəndaş 2020-08-17 12:04:50

Hörmətli Azpolitika "axtarış" deyəsən düz işləmir. Açar sözü yaırsan açılır 1 səhifədən sonra 2-ni,3-ə və hamısına vuranda da elə 1-i göstərir.

Vətəndaş 2020-08-17 11:54:26

Millət xalq belə olar. Yəqin ki Lukaşenkonun sonu olacaq

Vətəndaş 2020-08-17 11:53:06

Mill

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol