Menu

"Konstitusiyanı dəyişməyə, hakimiyyəti bölməyə hazıram" - Lukaşenko

17.08.2020, 15:01
"Konstitusiyanı dəyişməyə, hakimiyyəti bölməyə hazıram" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenka deyib ki, yeni seçki olmayacaq, ancaq o, hakimiyyəti bölüşdürməyə və konstitusiyanı dəyişməyə hazırdır. Amma prezident bunu etirazçıların təzyiqi altında etməyəcəyini söyləyib.

“Mənim nəyisə təzyiq altında etdiyimi görməyəcəksiz. Təkrar seçki olmayacaq, çünki bu halda Minsk Təkər Traktor Zavodu, Minsk Avtomobil Zavodu, BelAZ olmayacaq. Hər şey yarım ilə dağılacaq”, – Lukaşenko avqustun 17-də traktor zavodunun fəhlələri qarşısında çıxışında söyləyib. Xəbəri BelTA xəbər agentliyi yayıb.

O əlavə edib ki, konstitusiyaya hakimiyyətin yenidən bölüşdürülməsini mümkün edəcək dəyişikliklər üzərində iş artıq başlayıb, ancaq detalları açıqlamayıb.

Şərhlər

Valeh 2020-08-17 16:34:13

Ağıllanmaq istəyir. Diktatorlar manyakdırlar. İş işdən keçəndən sonra kreslodan ayrılmaq istəyir onda da gec olur. Bu manyak heç cür başa düşmək istəmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol