Menu

Nigeriyada terrorçular yüzlərlə mülki şəxsi girov götürüb

19.08.2020, 23:41
Nigeriyada terrorçular yüzlərlə mülki şəxsi girov götürüb

Nigeriyada “Qərbi Afrikada İslam dövləti” terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqində yerləşən Kukava şəhərinə hücum edərək yüzlərlə mülki şəxsi girov götürüb.

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin rəhbəri məlumat verib.

Hazırda təhlükəsizlik xidmətinin əməkdaşları girovları azad etmək üçün tədbirlər görür.

Qeyd edək ki, 2015-ci ilin yazında “Boko Haram” terror qruplaşması parçalanıb və bir qrup İŞİD-ə qoşulduqlarını elan edib. Yeni qruplaşma İŞİD tərəfindən tanınıb və “Qərbi Afrikada İslam dövləti” adlandırılıb. Terror qruplaşmasının əsas nöqtələri Çad gölünün cənub və cənub-qərbində, Nigeriya, Çad, Kamerun və Nigerin sərhədlərinin kəsişməsində yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol