Menu

“İMPERİYA MƏFKURƏSİNİN TƏSİRİ ALTINDA QALANLAR...” – Milli Məclisin komitə sədri

22.08.2020, 16:23
“İMPERİYA MƏFKURƏSİNİN TƏSİRİ ALTINDA QALANLAR...” – Milli Məclisin komitə sədri

“Belələri unudurlar ki, Prezident İlham Əliyev dövlətimizi Heydər Əliyev ideyaları, humanizm və qətiyyətin vəhdəti əsasında idarə edir”.

Bunu Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov Ramiz Mehdiyevin karantin qadağaları altında öz nəvəsinə toy etməsi ətrafında baş qaldırmış qalmaqala münasibət bildirərkən deyib.

S.Qurbanov “AzPolitika.info”-nun sorğusuna cavab olaraq, deyib: “Dünəndən etibarən gündəmi zəbt etmiş bu hadisə, əlbəttə ki, yanlış hərəkətdir. Pandemiya dövründə toy və ya hər hansı digər kütləvi tədbirin keçirilməsi məsələsi Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən tənzimlənir. Əhalimizin sağlamlığı baxımından verilmiş qərarlara, karantin qaydalarına riayət etmək bütün vətəndaşların borcudur. Əslində yalnız karantinlə bağlı yox, ümumiyyətlə bütün qanunlara əməl etmək, sosial statusundan asılı olmayaraq, hər zaman vətəndaşların borcu olmalıdır”.

Deputat xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Təəssüflər olsun ki, bəzi səlahiyyətli şəxslər cənab Prezidentin müasir dövrün tələbləri əsasında apardığı siyasətlə ayaqlaşa bilmir, özlərini qanunlardan üstün sayırlar. Bunun bir neçə səbəbi ola bilər. Məsələn, özünü inkişaf etdirmək qabiliyyətinin olmaması, hələ də imperiyanın tərkibində olduğumuz zamankı məfkurənin təsiri altında olmaq, bəzi hallarda isə bilərəkdən bugünədək görülən işlərə kölgə salmaq üçün. Amma unudurlar ki, Prezident İlham Əliyev dövlətimizi Heydər Əliyev ideyaları, humanizm və qətiyyətin vəhdəti əsasında idarə edir. Bu ideyalar yaşadığı müddətcə heç kim xalqdan üstün ola bilməz. Vəzifəli və səlahiyyətli şəxslər özlərini sadə xalqdan ayrı və üstün hesab edə bilməz. Çünki onlara bu səlahiyyət məhz xalqa xidmət etmək üçün verilmişdir. Əks halda onlar bilməlidirlər ki, buraxılan səhvlər cəzasız qalmır”.

Deputat hesab edir ki, R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin qaydalarını pozmasına görə cəzalandırılması, bir daha heç kimin qanundan üstün olmadığına, Prezidentin xəbərdarlıqlarına məhəl qoymaq istəməyənlərin, kimliyindən asılı olmayaraq, cəzalandırılacağına çox yaxşı nümunə oldu. “Bir daha hər kəsi qanunlara layiqincə əməl etməyə çağırıram”.

“AzPolitika”

Şərhlər

İ.Mustafaoğlu 2020-08-23 11:32:52

Qanun qarşısında hamı acizdir. Dövləti vəzifə daşıyaraq qanunlarımızı saymayaq məmurlar haqqında ciddi qanuni tədbirlər görülməlidir. Ramiz Mehdiyein özü başda olmaqla bütün ailə üzvləri dövləti vəzifələrə təyin olunublar, onlar özlərindən çox arxeyin olduqlarına görə qanunlarımızı tapdalamaqdan belə kəçinməyiblər... qanunlarımızı saymayaraq dövlətimizə meydan oxuduqlarına görə R.Mehdiyev və onun arvadı, oğlu Fövqalədə Nazirliyində müavin işləyən və A.Məhərrəmov, S.Novruzov və onun həyat yoldaşı Ombusman tutduqları vəzifədən azad olunmalıdırlar.... Onlar unudublar ki,dövlətimizin sükanı ehtibarlı əllərdədir. Qanun Şahdır, şah qanun deyil ... Ölkəmizdə sosial narazılıqları yaradanlar dövlətimizin büdcəsini talan edən məmurlardır, onlar haqqında vaxtında tədbir görülməli, başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər...

Tahir 2020-08-22 23:05:20

Lakonik, kifayət qədər prinsipial, dəqiq və agıllı yanaşmadır.

Tahir 2020-08-22 22:31:35

Əlbətdə mən bu Toy məsələsini də sonradan onun ətrafında qurulan "TOYXANA"nı da qınayıram.Amma fikir verin Sadiq müəllim: Hər fürsətdə Mirşahin YAP-ın ən qatı düşmənlərini toplayır və YAP-ı geninə boluna MÜHAKİMƏ edir.Bu gün də belə olur.

Sadıq Qurbanova 2020-08-22 21:04:38

bu biabırçılıqlar necə ba verir?Korrupsiy,rüşvət,yalanlar və sairə...

Qarabağlı 2020-08-22 21:03:34

Qarabağ nə vaxt azad ediləcək? Bax bu suala cavab verin.

oxucu 2020-08-22 19:52:54

Görən bu evlənən cavanlar xoşbəxt olacaqmı ? xalq hamı haqlı qarğış edir.

Rəşad Rəhmanov 2020-08-22 18:53:23

Qanun qarşısında cavab verdilər, birdaha Azərbaycan dövlətinin qanunlarının ali olduğu təsdiqlənib

Seyid Ənhu 2020-08-22 18:45:48

Əslində bütün mərasim iştirakçıları, A-dan Z-yə hamı dərhal qandallanaraq yük maşınlarına doldurulub cəzaxanalara boşaldılmalı idi. Qocalı-cavanlı, arvadlı-kişili hamısı. Çünki hamsıı mütəşəkkil şəkildə qanunlarımızı ayaqları altına alıblar.

Loğman 2020-08-22 18:21:29

Məgər dövlət idarə edilir? Bəs onda bu özbaşınalıqlar ayrıseçkilik nədir? Mehdiyev,Hadı Rəcəbli,hətta baş nazir dövlətin qanun və qərarlarını bir kənara qoyub özbaşınalıq edirsə,cinayət və qanun pozmalar cavabsız buraxılırsa (YAP üzvlərinə),ölkəni korrupsiya,rüşvət bürüyübsə ,polis dəyənəyi idarə üsulu seçilibsə hansı idarəetmədən söhbət gedə bilər? Qarabağa azadlıq deyənlər dəyənəklə döyülürsə,hətta həbs olunursa bununadı idarəçilik adlana bilərmi? Bakıya giriş-çıxş ləğv edildiyi halda nsanların Naxçıvana,Türkiyəyə ggedişinin mənası nədir?rhansk

Şaiq 2020-08-22 18:13:12

Sadiq müəllim, əgər Konstitusiyanın 25 - cı maddəsinə əməl edilsəydi, Ramiz Mehdiyev maaşı ilə toy olan evindəki onlarla lüstürləri belə ala bilməzdi. Ancaq alıb. Necə aldığını araşdırsınlar.

Eko 2020-08-22 17:55:13

O ne demek ?( elbetdeki yslnish hereketdi ) ? Pulluya beli ,,, Pulsuza deliiii

ismayil 2020-08-22 17:26:05

Çox sağ olun Sadiq müəllim. Bütün azad fikirli insanlar sizinlə həmrəydi və dəyərli sözlərinizə görə sizə təşəkkür edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol