Menu

Əsrimizin Siyavuşu - əsrimizin töhməti – Rixard Zorgeni kölgədə qoyan "razvedçik"

23.08.2020, 00:15
Əsrimizin Siyavuşu - əsrimizin töhməti – Rixard Zorgeni kölgədə qoyan "razvedçik"

Heç yaxşı olmadı - adam kəşfiyyata gedibmiş ki, sonra məlum toyda iştirak edənləri birbəbir «baqaja qoysun». Vaqeədən bixəbər jurnalistlər də qaş düzəltmək əvəzinə, göz tökdülər - «o boyda kişi»ni rüsvay elədilər. Nə var-nə var, karantindir və əsrimizin Siyavuşu karantin qaydalarını pozub…

«O boyda kişi» ağzında bir incillik söz danışıb, anlaqsız jurnalist heç nə başa düşməyib. Nəticədə, YAP-ın «razvedçiki» ifşa olunub və layiq olmadığı halda əsrin töhmətini alıb. Lap Rixard Zorgenin taleyinə bənzəyir. Zavallı Zorge canı bahasına ilk dəfə olaraq, müharibənin başlanacağı vaxtı (saatına qədər) Moskvaya xəbər verib, amma Stalin ona inanmayıb və sonrası da məlumdur - Zorge edam olunub. Nə yazıq ki, bu dahi kəşfiyyatçı qəhrəman adını ölümündən sonra alıb…

Siyavuş da sən demə, görkəmli «razvedçik» imiş - öz dediyinə görə, Əfqanıstanda «naçalnik razvedkanın sədri» olub. Belədə, şübhə yeri qalmır ki, adam indi də YAP-ın «razvedçik sədri»dir və hər şeydən xəbəri var. Deməli, böyük ehtimalla, indiyə qədər vurulan məmurları məhz Siyavuş «baqaja qoyurmuş». Görkəmli razvedçik jurnalistə demək istəyib ki, qardaş, mən hər şeyi bilirəm, başa düş, mən bu toya öz xoşumla gəlməmişəm, göndəriblər. Göndəriblər ki, baxam, dınşayam, yadda saxlayam - kim nə danışır, toyda kimlər iştirak edir və sonra hamısını birbəbir YAP «razvedçik rəisinin» ovcuna qoyam. Nə yazıq ki, jurnalist onu anlamayıb…

Anlaşılmazlıq nəticəsində Zorge miqyaslı «YAP razvedçiki» ifşa olunub və mükafat əvəzinə, töhmət alıb. Əsrimizin Siyavuşu YAP-ın baş töhmətinə, YAP isə Azərbaycanın baş töhmətinə çevrilib. Başqa sözlə, əsrimizin Siyavuşu əsrimizin töhməti oldu - töhmətin mübarək, a töhmət!

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

veten dashı 2020-08-23 22:54:59

Uca rəbbim haqqı -nahaqqa vermir hec vaxt.Axır ki,danışdığı hər sözlə iqtidara qəzəb doğuranlardan birinin də əsl siması bəyan oldu.Bunun bir dindar qardaşlığı da var idi ,cəkilib qınına...

ruslan 2020-08-23 22:02:42

Camaat neçə ildir deyir ki,Siyavuş kütbeyindir,onu üzə çıxartmayın,sən demə həm də satqın imiş,quyruğu qapı arasında qalan kimi Ramizi satdı.

Çap 2020-08-23 22:01:30

Yəqin siyaquş bu toya razvetkaya gedibmiş.Arvadı da aparıb ki şübhələnməsinlər.100% belədi

Uveys 2020-08-23 18:25:46

Yaziq şahbuzlular.....sizin bextiniz hec vaxt getirmedi.

Eyvaz 2020-08-23 18:05:31

Səni kim saldı bu hallara ,ay Siyavuş!?

Bəhram OQTAYa 2020-08-23 18:05:20

Məncə, partiyaların ciddi daxili və xarici həllə uzlaşmayan şouları onların bağlanma zərurətini qoyur! Dövlət məmuru partiyai(şou) işini dondurmalıdır!

Abdulla 2020-08-23 16:59:09

Siyavuş YAP-ın və Milli Məclisin üz qarasıdır.Bu redkiy ekzemplyar haradan və necə tapılıb? Əsl muzeylikdir.

Qafar 2020-08-23 16:11:56

O vaxtı kolxozda sədr olardı.Mirzə sizcə Əfqanıstanda müharibə gedəndə orda kolxoz olmuyufki.Bəlkə bu heç əfqanıstanda da olmuyuf Özbəkistanda oluf, Brejnev kimi səf salır.Bu məsələni bir RAZVEDÇİK kimi araşdırmaq gərəkməkdədir.Nədən ki, bu SƏDR məsələsi mənim kafamı çooox məşgul etdi."Kişi" boyunu yerə soxum elə

veteran 2020-08-23 15:40:27

Guya 1993-cü ildən bu yana Ramiz Mehdiyev azərbaycanli idi işdən çıxandan sonra qohumları erməni oldu bunlar hamısı bir bezin qırağıdır bu nağıllara qarnımıx toxdu sadəcə olaraq millətin başını qatırlar

NAC. RAZD.SEDRINE 2020-08-23 13:45:07

AY MUHARIBE,,VETERARI,,ERMENI TOYUNDA NE EDIRDIN

OQTAY 2020-08-23 13:26:24

Zorqedende guci razvedcikdi.Cuclu olmasaydi,deputat ola bilmezdi.Siyavus esl Stalindi.Azerbaycan,Qazaxstan, Ozbekstan,Turkmenistan, Qirqistan,Turkiye,Tataristan ,Basqurdstan,Yakut,Rus, ve s..,gorun nece dil bilir...,

Oxucu 2020-08-23 12:29:56

ƏSRİMİZİN ÜZ QARALARINDAN BİRİ. YAP ın BÖYÜK SİMASI

Bashirov Qarib 2020-08-23 12:22:47

Nə yaxşı incə qələmin varmış, Mirzə muəllim.Oxuyub feyziyab olduq.Təşəkkurlər.

ilqar 2020-08-23 12:14:34

«naçalnik razvedkanın sədri»

Fariz 2020-08-23 11:54:36

Siyavuş olduğu nataraz cəmiyyətdə olnasa idi çoban olardı,şəhərdə olsa onda yaxşı konduktor çıxardı

Damir 2020-08-23 11:50:08

Zorqe 6 dil bilirdi. X.e. muqasiye etmayin.

.EJDER NAQILBAZ 2020-08-23 11:34:00

ERMENI TOYUNDA IWTIRAK EDEN KIWI,,VETERAN,,HA HA HSA

RP 2020-08-23 11:29:23

Shtirlec ((((

Cabir 2020-08-23 11:22:49

YAP-ın Qərərgahı E.Akademiyası metrosunun yanında olanda Siyaquş Ə.Nagıyevin katibəsi kimi qapısının agzında otururdu.Ə.Nagıyevin qəbuluna girib çıxanları bayır qapısına kimi ötürürdü ki, nəsə alsın.Biz də o vaxtkı pullun indiki məzənnəsi ilə 1-2 manat, bəzən də 5 manat verirdik.Elə yaxşı dualar edirdi ki,...Bax YAP indi beləsinin ümidinə qaldı deyə bu günə düşdü.Hələ bu gedişlə betəri olar.......

Aga 2020-08-23 11:06:08

Allah Mirzə Cəlilə rəhmət eləsin.

"Naçalnik razvedka sədrinə" 2020-08-23 10:43:02

"naçalnik razvedkanın sədri" adamın savadı qıcqırıb.Boş yerə "doktor nauk" adı almayıb ki?Görün ölkədə kimlər önə çəkilir? Bir də cəhənnəmə gedən özünə yoldaş axtararmisalı öz yerini tapdı."Razvedka sədri" hələ xanımını da ortaya çıxardı.Amma hələ ki,o cəzalandırılmayıb.

M.Əsgərov 2020-08-23 10:36:48

bütün məmur və deputatların ibtidai və ümumtəhsil səviyyəsində biliklərinin yoxlanılmasına ciddi ehtiyac var....

Akif 2020-08-23 10:27:16

Heyretamiiz shekilde Siyavush Novruzu dahi Zorqe ile muqaise etdiyinize gore Size cox-cox teshekkur edirem.

pensioner 2020-08-23 10:22:56

Rəisləri SiyPlastik xirurq tələb olunur.Razvedçik zahiri görünüşünə görə başqa adamlardan kəskin fərqlənməməlidir.

Hozuuu 2020-08-23 08:21:11

Siyavuş kimilərinin bizim xalqın idarəsində söz sahibi olması bu millət üçün təhqirdir. 27 ildir bu belədir. Çünki vəzifədə olmaq ünün gərək hansısa klanın adamı olasan. Naxçıvan,ermənistanı,anası arvadı erməni,ya kürd klanlarından olasan. Heç kimə qabiliyyətinə savadına görəiş verilməyib. İndi də həmin proseslər bir az başqa görünüşdə gedir. Ölkəni xalqı talayanlar da bu illər bunlar olubdur.

miri 2020-08-23 08:02:39

Kəramət demiş, ömründə bir kərə mən kişiyəm dedi. Deməyinə peşiman etdilər. Deməli əvvəldən qoyulan missiyanı dəyişmək olmaz. Yeniazərbaycanda hər kəsin öz yolu və öz adı əbədi qalmalıdır.

RT 2020-08-23 06:54:12

Derdeeeee !!!!

Doktor 2020-08-23 05:28:18

Toya da "Molotov kotleti" ilə gedibmiş.

NAC. RAZD.SEDRINE 2020-08-23 01:51:59

ELA YAZIDI,SIYAVUW KIMILERIN DOVRAINIDI

Mehdi 2020-08-23 01:07:34

Tupoy nacalnik razvedcikin sədri.

İlqar Ağasəfoğlu 2020-08-23 00:37:51

Siz də "ağ" eləməyin, ay Mirzə müəllim. Hər şeyi belə açıb-"ağ"artmayın. .. Onun "inteçlektinə" üuzu kəsim. Bu yerdə M. Cəlilin" ...Ah biçarə vətən, ay yazıq Azərbaycan!" kəlmələri yadıma düşür. Bizi" təmsil edənlər"ə baxın. Yox, baxaq və utanaq...UTANMAQ lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol