Menu

"Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir" - İlham Əliyev

24.08.2020, 13:59
"Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir" - İlham Əliyev

“Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

“Rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır. Rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyindəki insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki rəğbət olacaq”, - dövlət başçısı əlavə edib.

O, vurğulayıb ki, kadr siyasətində gərək düzgün addımlar atılsın:

"Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır”.

Şərhlər

Əsədova Elmira Qurban qızı 2020-08-24 18:44:10

Cənab Prezident , bütün bunlara inanmaq istəyirik , Siz vətəndaşlar üçün çox şey edirsiniz.Əfsuslar olsun ki, Sizin elədiklərinizin 1faizi də vətəndaşlara çatmır.

S.Ənvərqızı 2020-08-24 16:05:54

Hörmətli cənab Prezident, siz dövlətimizin inkişafı və xalqımızın rifahı üçün gecə-gündüz çalışırsınız . Bu yolda Allah sizi qorusun! Əfsuslar olsun ki, Rabitə Nazirliyində "Vətəndaşların Müraciətləri haqqında Qanun" işlək vəziyyətində deyil ? Sizin və dövlət orqanlarının ünvanlarına ( axırıncı dəfə sizin ünvanınıza 26.05.2020-ci il tarixdə elektron poçt vasitəsilə müraciət etmişəm pa@gov.az saiti ilə.) ailəm məmur özbaşnalığına məruz qalması səbəbli saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq, müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir, göndərilən məktublara nəzarət sistemi olmadığından Nazir müavinləri Əli Abdullayev və Elmir Vəlizadə tərəfindən qanunsuz cavab verməkdən çəkinmirlər... Respublika ƏƏSMN yanında Respublika Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyat yoldaşımın Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi rəsmi qaydada bildirilməsinə baxmayaraq Rabitə Nazirliyi tərəfindən əhəmiyyət verilmir, qanunun aliliyinə yox, "sifarişçi"nin şəxsi maraqlarına xidmət edirlər.. Belə dözülməz və acınacaqlı vəziyyət Rabitə Nazirliyində heç vaxt olmamışdır. Ölkəmizdə sosial narazılıqları yaradanlarda dövlətimizə və xalqımıza xidmət etmək istəməyən belə məmurlardır... Əgər təyin etdiyiniz məmurlar sizi qəlbən istəsəydilər, heç vaxt daşıdıqları vəzifədə şikayət doğuran hallara yol verməzdilər, vətəndaşın dövlətə olan inamına həmişə dəstək verərdilər ? Əfsuslar olsun ki, uzun müddət saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq Nazir müavinləri Əli Abdullayev və Elmir Vəlizadə tərəfindən qanunsuz cavab verməkdən kəçinmirlər, onların bu qanunsuz hərəkətləri yuxarı dairələrdə dəstəkləri böyük olmasından xəbər vermirmi ?...Vətəndaşın şikayətinə baxılmaması məmur özbaşnalığından xəbər vermirmi ? 26.05.2020-ci il tarixdə ünvanınıza etdiyim müraciətimi abyektif araşdırılması üçün aidiyyatı üzrə göstəriş verməyinizi və nəzarətdə saxlanılmasına könəklik göstərməyinizi Sizdən xahiş edirik..

t.ədalət 2020-08-24 14:08:08

Cənab prezident,DSMF-nun rəhbərliyi,təəssüf ki Sizin dediklərinizin əleyhinə gedir.Müharibə əlillərinin şikayətini qəbul etmir,əlillərin iradəsi ziddinə fəaliyyət göstərir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol