“Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov mənim əmim oğludur. Lakin o, qanun çərçivəsində həbs olunubsa, günahları varsa, qanun qarşısında cavab verməlidir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Həsən Cəfərov deyib.
“Əlbəttə, rüşvətxorluğa da, korrupsiyaya da mənim münasibətim həmişə mənfi olub. Dövlətimizin də bu sahədə keçirdiyi tədbirləri, gördüyü işləri təqdirəlayiq hesab edirəm. Yəni cəmiyyətimiz üçün xeyirli olmayan, ziyanlı bir vərdişlərin kökü kəsilməlidir. Münasibətim ancaq belə ola bilər. Əmim oğlu olsa da, qanunazidd hərəkətlər edibsə, qanun qarşısında da cavabını alacaq. Vəzifəsindən sui-istifadə edən, qanunsuzluqlar edən, rüşvət alanların hamısı cəzasını çəkməlidir. Qanun qarşısında hamı bərabərdir”, - H.Cəfərov bildirib.
Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilib.


Şərhlər
Kürdəmirin ən yaxşı icra başcısı elə ceyhun cəfərov olub kürdəmir cox bərbad vəzyyətdəydi insan kimidə gözəl insan olub güya indi bu cavan uşaq muşaqlar şəffav işləyir xacmazın yevlaxın neftcalanın başcıları camaatın qanın icir otaqlarından cölədə cıxmırlar odmnalicqaynan həmdə vaxtı kecmiş bələdiyyə torpaqlarının icarə vaxtını uzatmaq ücün camaatdan pullar deyirəm e hektara 1000 2000 5000 arası qiymətlər təyyin ediblər gedin araşdırın görün səhv deyirəm ya düz
Həsən müəllim təmiz əqidəli insandır, əmisi oğlunun həbs edilməsi onun iş fəaliyyətinə heç bir dəxli yoxdur. Hər kəs törətdiyi əməlinə görə məsuliyyət daşıyır.
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun əmisi oğlu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Həsən Cəfərovun Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyi və qəhramanlıqları barədə niyə yazmırsız ? Paxıllığınız tutur? Elə bilirsiz bu vəzifələri ona təsadüfən veriblər?
Vəzifədə hamısı qohum-əqrəbalardırlar
malades
Ümumiyyətlə Hmkarlar Konfederasiyasının Azərbaycanda bir fəaliyyətini,işini görən olub?Bu təçkilat nəyə xidmət etdiyi bəlli deyil.Sadəcə kormuşkadır.J