"CEYHUN BAYRAMOV BU OYUNDA İŞTİRAK ETMƏMƏLİDİR" - "Lavrovun mesajı Bakıya və Ankaraya idi..."

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra Rusiyanın Azərbaycanla Ermənistanın baş diplomatlarının görüşünü hazırladığı xəbəri yayılıb. Moskvada C.Bayramovla görüşdən sonra Lavrovun Ermənistan XİN başçısı Mnatsakanyanla telefonla danışması belə düşünməyə əsas verir. Gələn ay ATƏT-in Minsk Qrupunun həmsədrləri də bölgəyə gəlir və Tovuz hadisələrindən sonra yenidən danışıqlar masası qurulur. Bu proses yenidən əvvələ qayıtmaqdır, yoxsa yeni nələrsə ola bilər?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan mənasız danışıqlarda bir müddət iştirak etməməlidir. Çünki Moskva və İrəvan həmişə olduğu kimi bizi mənasız və faydasız danışıqlara sürükləmək istəyirlər: “2016-cı ilin aprelində də eyni hadisə baş verdi. Savaşın 4-cü günündə Moskva Bakıya təzyiq etdi ki, atəşkəs elan olunsun. Bundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi və danışıqlarda real nəticə əldə olunacağına dair vəd verdi. Hətta o zaman qəsdən bizi sakitləşdirmək məqsədilə ortaya ”Lavrov planı" deyilən ideya atdılar. Halbuki, mən elə o zaman belə bir planın olmadığını vurğulayır, bunun Lavrovun baş qatmaq siyasəti olduğunu deyirdim. Belə də oldu. İndi yenə bizi mənasız danışıqlarla sakitləşdirmək istəyirlər. Xarici işlər naziri Ceyhun Bayramov bu oyunda iştirak etməməlidir, çünki özü də Moskvada dedi ki, danışıqlar konstruktiv olmadıqda nəticə vermir. Belə olan halda niyə yenidən mənasız danışıqlara qatılmalıyıq? Bu yalnız işğalçının maraqlarına xidmət edir.

Elxan Şahinoğlu

Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi ortaq mətbuat konfransında dedi ki, həmsədrlərlə bağlı danışıqların tərkibinin dəyişdirilməsini qəbuledilməz sayır və bunu açıq bəyan edir. Lavrovun mesajı Bakıya və Ankaraya idi. Çünki həm Bakı, həm də Ankara Minsk Qrupu həmsədrlərinin hazırkı formatının münaqişəni həll etmədiyi düşüncəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev sərhəddəki son insidentdən sonra Minsk Qrupu üzvlərinin toplanması gərəkliyini bildirmişdi. Minsk Qrupunun 11 üzvü var. Azərbaycan Türkiyəni həmsədrlər sırasında görmək istəyir. Lavrov isə “yox” deməklə bütün bu təşəbbüslərin üstündən xətt çəkərək, belə bir hədələyici cümlə də işlədib: “Təəssüf ki, biz danışıqların formatını dəyişdirmək istəyən cəhdlər görürük, bu, qəbuledilməzdir”.

Lavrovun bu hədələyici açıqlmasına Ceyhun Bayramovun necə reaksiya verdiyi barədə məlumatım yoxdur. Halbuki Ceyhun Bayramov Bakıda yüksək səviyyədə səsləndirilən fikirləri Lavrovla birgə keçirilən mətbuat konfransında da təkrarlamalıydı. Yəni birincisi, deməliydi ki, hazırkı format bizi qane etmir, ikincisi, rəsmi Bakı Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarının müzakirəsini istəyir.

Maraqlıdır ki, Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra da erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir. Bu nə tələskənlikdir? Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq".

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyada Qarabağla bağlı Sergey Lavrovla apardığı danışıqlar və danışıqların hansı istiqamətdə gedəcəyi, Rusiyanın təklifləri nədir, bu haqda ictimaiyyətə açıq məlumat verməlidir. Yalnız bundan sonra qoyulan suallara dəqiq cavab vermək mümkündür: “Yoxsa danışıqlar, yenidən Minsk Qrupu çərçivəsində əvvəlki kimi davam edəcək? Sergey Lavrov danışıqların davam edəcəyi mesajını verdi. Bu danışıqlar da əvvəlki kimi status-kvonu qoruyacaq? Bax bu suallara ancaq yeni nazirin açıqlamasından sonra cavab tapılacaq. Sergey Lavrovla aparılan Qarabağ danışıqlarının detalları ictimaiyyətə açıqlanmalıdır. İndiyə qədər bir neçə dəfə Prezident İlham Əliyev danışıqların imitasiyasına getməyəcəklərini xüsusi olaraq qeyd edib. Hörmətli Ceyhun Bayramov Moskvada mətbuat konfransında Rusiyanin münaqişənin həllinə dəstək verəcəyinə ümid etdiyini vurğuladı. Mən isə hesab edirəm ki, artıq Rusiyaya ümid etməkdən keçib. Azərbaycanın Türkiyə ilə birgə siyasi-hərbi koordinasiyası qurulmalı, Ankara-Bakı hərbi platformasına qarşı Moskvanın demarşının qarşısı alınmalıdır”.

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, faktiki olaraq Rusiya hər vəchlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə qarşı çıxış edir və bu illər ərzində rəsmi Moskvanın mövqeyi dəyişmir. Nazirlər arasında keçirilən görüş bunu bir daha nümayiş etdirdi. Moskva imitasion danışıqları yenidən bərpa etməyə çalışırlar. Rusiyanın məqsədi mənasız danışıqlar prosesini daha da uzatmaq, bizim nəsil dünyasını dəyişəndən sonra Qarabağda növbəti erməni dövlətini elan etməkdir. Azərbaycan XİN rəhbərini qəbul edən Lavrovun üstündən heç 5 dəqiqə keçməmiş danışıqların məğzi və mənası haqqında dərhal öz qanından olan erməni həmkarı Zöhrab Mnatsakanyana, bəlkə də, hələ bilmək olmaz, Paşinyanın özünə ətraflı məlumat verməsi çox dərin mətləblərdən xəbər verir. Bunlar hələ Qarabağla bağlı məkrli oyunlarını davam etdirmək istəyirlər. Azərbaycan həm Rusiyaya, həm Amerikaya, həm də ermənipərəst Fransaya vaxt verməlidir ki, onlar mövqelərini qətiləşdirsinlər. Əks halda, biz çox ağır bir vəziyyətlə üz-üzə qalacağıq".

635x100

Şərhlər

Aborigen 2020-08-29 11:28:40

Əvvəlki formatda danışıqlar aparmaq o deməkdir ki, Qarabağ artıq bizim üçün maraqlı deyil.

Cəmşid Dərələyəzli 2020-08-28 22:35:05

Sanıram Xarici İşlər Nazirlərinin Moskva görüşündən bir tərəfli qaydada nəticə çıxarmaq tezdir. Lavrovun aqressiyasından da görünən o ki, artıq hadisələr bölgədə Rusiyanın istədiyi axarda yürümür və özləri də yaxşı anlayırlar ki, Rusiya artıq bu yöndə etimadını tamamilə itirmək ərəfəsindədir. Ne olsun ki, o görüşdə derhal götürüb küçüyünə (erməniyə) zəng edir. O bununla ermənilərə demək istəyir ki, narahat olmayın hadisələrə nəzarət yenə bizim əlimizdədir. Amma Tovuz hadisələrində ermənilər də öz yalqızlıqlarının şahidi oldular və gördülər ki, artıq Rusiya sandıqları Rusiya deyil. Ki, onlar nə qədər büruzə verməməyə çalışsalar da, artıq bölgə onların nəzarətindən çıxmaq ərəfəsinə qədəm qoyub. Ona görə də indiki məqamda Rusiyanın ağlı olsa Yaxın Şərqdə aldığı dərslərdən dolayı, ən yaxşı halda Türküyənin hesabına farmat dəyişiləcəksə, onlar bu farmatda öz yerlərini qoruyardılar. Hələ demirəm ki, belə getsə bu farmatın özünə heç ehtiyac qalmayacaq belə.. Çünki, mənasız bir missiyanın sonu sabun köpüyünə bənzər. Ona görə də Azərbaycanın indiki meqamda dayanıqlığı naminə Ölkə Başçısının son zamanlarda bütün bu qonularda ortaya qoymuş olduğu əzmikarlığından yana, onun yanında olmaq və dəstəkləmək lazımdır. Rusiya da anlamlıdır ki, 21-ci əsr artıq Türkün əsridir. Bunu böylə də bilmələri gərək. Onsuzda bilirlər, sadəcə özlərini ondan qoymurlar.

musa 2020-08-28 18:36:25

birdəfəlik başa düşmək lazımdır ki rusdan nə qədər gen olsaq başımız az ağrayacaq kreml kimi alcaq düşüncəli ölkədən bizə xeyir olmaz

Nuriyev 2020-08-28 16:52:56

ay qardaş qarabağı erməni almayı onun o qədər gücü yox idi niyə başa düşmürsünüz torpaqları rus ordusu aldı verdi erməniyə və erməniyə deyir ki mən nə desəm onuda et qoruxma burda nə var ki Lavrov tülküdür bizi oynadır bunu acıq aydın hamı bilir Lavrovla sərt danışmaq laşımdır qisa və konkret

Taleh 2020-08-28 16:48:47

Bu yerdə rəhmətlik Məhəbbət Kazımovun "Bu oyunda kim uduzdu, kim uddu" mahnısı yadıma düşdü.Gedim tapım qulaq asım...

Vəli 2020-08-28 16:18:47

Şəxsən mən bu xarici işlər nazirindən ölkə üçün müsbət ,xeyirli nəticələr gözləmirəm.

VƏTƏNDAŞ 2020-08-28 14:44:57

CEYHUN BAYRAMOVUN TÜLKÜ LAVROVLA DANIŞIQLARDA NƏYƏSƏ NAİL OLCAĞINI İNANMAQ KÜLÜNCDÜR.RUSLAR TÜRKİYƏNİN BİZƏ DƏSTƏK OLMASINDAN NARAH

Hidayət 2020-08-28 14:21:45

{ncə oyunun əvvəldən başlandığını və davam etdiyini anlamaq vacibdir.Oyuna girənə isə oyunun incəliklərin bilmək daha vacibdir.məmmədyarov da bunu anlaya bilmədi və ya anlamaq iatəmədi.Ceyhun bəyin isə belə oyunlardan başı çıxması mümkün deyil.Çünki bu sahənin adamı deyil və təcrübəyə malik deyil.Yazıq Azərbaycanl millətin halına ki, talei belələrinin ixtiyarına verilir.uBir düşünən varmı ki, Lavrova qarşı Ceyhunu qoymaq gülüncdür.'

N.Hacıyev 2020-08-28 14:07:29

Hörmətli M.Əsgərov, Təkliflərinizə tam şərikəm.

OQTAY 2020-08-28 13:45:58

M.Esgerovla tam raziyam.Menimce,milletmizde bu fikirle tam razi olar!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

M.Əsgərov 2020-08-28 12:17:42

Azərbaycan özünün konkret mövqeyini bildirməli və ictimaiyyətə açıqlamalıdır və bunu rəsmiləşdirməlidir. yalnız bundan sonra son qərarını "atət" ə bmt-yə və digər nüfuzlu beynəlxalq təşkilatlara bildirməlidir. əyər bizim mövqeyimiz qəbul edilməsə onda dərhal danışıqlardan imtina etməklə güc variyantına üstünlük verməklə konkret döyüş əməliyyatlarına başlamaq lazımdır. Başqa yol tutmaq vətənin maraqlarını satmaq deməkdir. Bütün məsələlərdə sürətli hücuma keçmək lazımdır.....

.EJDER NAQILBAZ 2020-08-28 11:51:05

BU BIZIM ANALOQU OLMAYAN XArici siyasetimizin,,UQURU,,DUR

Aqil 2020-08-28 11:42:08

Lavfovla danismaq ceyhun ucun cetin olacagi bellidir. Ceyhun muellimin bu ise teyinati bunu demeye esas verir.

Son yazılar