Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bu məqsədlə dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.
Eyni zamanda Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.
İctimaiyyətə əlavə məlumat veriləcək.


Şərhlər
Bunun da özünü nəzarətə götürmək lazımdır ki karantin qaydalarını pozmasın
,QANUNA TUPUREN ....
Bu adam ôzû qayda qanuna emel etmir. Hansi qayda qanundan danisha biler ki ?????
Hele istefa vermeyib ?
Süni gündəliklər yaradın, bəlkə millət sizin qanunsuz əməlinizi unudar. Hər şeydə Avropa standartlarını nümunə gətirirsiniz, bəs demokratiya mədəniyyətində niyə Avropa standartlarında hərəkət etmirsiniz?! Mədəni və demokratik bir ölkənin hər hansı bir məmuru sizin məşhur toyla bağlı vəziyyətinizi düşsə çoxdan istefa vermişdi. Nəyi gözləyirsiniz İnsan Hüquqları Üzrə Müvəkkilimiz?!! Hüquq tanımadınız başa düşdük heç olmasa demokratiya tanıyın.
Ombusmandu nedu Yaxshi oynayirdi
AXı ombudsman vəzifəsini dondurub.O necə nəzartə göyürə bilir?Bu aldatmacalarla xalqı nə qədər darə etmək olar?Sağ əlin soldan xəbəri olmur.Kim nə düşünürsə ortaya buraxır.Br d ki, Ombudsman təyin olunanda hamı bu təyinatın məqsədli olduğunu düşündü.Bu da fakt!nuif
Hansı ombudsman ,toydakı ?