Prezidentin keçmiş köməkçisi Əli Həsənov bu gün - sentyabrın 1-də “Facebook” səhifəsində onun istintaqa cəlb edilməsi ilə bağlı iddialara münasibət bildirib:
“Dəyərli səhifə izləyiciləri, hörmətli KİV təmsilçiləri! Bu gün bir çox sosial şəbəkə resurslarında “KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda” məlumat yayılıb.
İddia olunub ki, guya “mənim Türkiyədə müalicə aldığım xəstəxana ilə əlaqə saxlanılıb və səhhətimin təyyarəyə minməyə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddət də geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək”.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bu məsələ ilə bağlı jurnalistin sorğusuna cavab olaraq bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.
Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacağam”.
***

KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqqında məlumat yayılıb.
İddia olunub ki, Ə.Həsənovun Türkiyədə olduğu xəstəxana ilə əlaqə saxlanılıb və onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Ə.Həsənova deyilib ki, yaxın müddətdə geri dönməsə, haqqında beynəlxalq axtarış elan ediləcək və qolu qandallı Azərbaycana gətiriləcək.
Həmin xəbərlə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report"un sorğusuna cavab olaraq bildirilib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər
Boyuk oyundu hec kim tutulmayacaq hec kim saxlanilmayacaq.Cemiyyetde sendasiya ucun qurulan danishiqlardi.
Görəsən şəhrləri oxuyub nə hiss keçirir? Normal adam utandığından ölüb , yerə girərdi
Bu gune kimi hara baxirdilar,bilmirdilerki eli hesenov yeyib daqidib,neyi var neyi yoxdu?
Şura Əli Həsənovun oğlu Şamxalın adına özəlləşdirdikləri bir zamanlar Mətbuat Mərkəzi olan F.Əmirov 1 ünvanında fəaliyyət göstərir. Dövlətin pulları yalnız Əli Həsənovun ailəsinə məxsus imiş Burada da icarə haqqı ayda 10 min manat öz ciblərinə gedir. Şura Əli həsənovun korrupsiya mənbəyidir.
Heç də sirr deyil və hamıya məlumdur ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Əli Həsənovun gəlir mənbəyi idi. Şura Əli müəlliminh oğlu Şamxalın adına özəlləşdirdiyi keçmiş Mətbuat Mərkəzində icarəçidir. Deməli, dövlətin ayırdığı puldan hər ay deyilənə görə 10 min manat Şamxala icarə haqqı verilir. Layihələrin 60-70%-i 30 failə "qalib" olur..Əli müəllimin payı daha şox idi. Bu il Azay Quliyev daha Əli Həsənova faiz də verməyəcək. Qazancları daha əla olacaq!!!
Burnundan gelsin xalqin malini haramliqla yedikleri
bunlar hamısı afiristlərdirlər ölkəni çapıb talayıblar
Kiv-leri ve Qht-leri məhv edib, bərbad gūnə qoydun.
Prokurorluq yoxlasïn 2008-ci ildə Qht-lərə Dövlət Dəstəyi Şurası yaranandan sonra Əli Həsənov və Azay Wuliyev qrant pullarını mənimsəmək ūçūn nə qədər heç bir fəaliyyəti olmayan lazımsız qht yaradıdlar. Həmin qht-lər yalnız dövlətin ayırdıģı pulları mənimsəmək uçūndūr. 12ildə Əli Həsənov Azay Quliyevin köməyi ilə milyonlarla dövlət pulunu mənimsəyib. Təbii ki, Azay mūəllimin də payı az olmayb.
Derhal hebs olunmalidir derhal
Allah hec shefani vermesin !!!
O gün olsun ki, Baş Prokurorluq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparsın. Onda görəcəklər ki, KİVDF onların yanında toya-bayrama gedməlidir. Yoxlasınlar 2008-ci ildən ən yüksək məbləğdə qrant alanlar kimlərdir? Və illərlə layihəsi qəbul olubnmayanlar kimlərdir? Şuradan da Əli Həsənovun himayədarlığı çıxacaq.