Menu

Ukrayna qırğını: yeni rəqəmlər

08.10.2014, 15:31

ukrayna esirler yUkraynanın şərqindəki toqquşmalarda 2014-cü ilin aprelindən oktyabrın 6-na qədər 3660 nəfər həlak olub, 8756 şəxs yaralanıb. “Media forum” saytı xəbər verir ki, BMT-nin İnsan Haqları Ali Komissarlığı oktyabrın 8-də belə hesabat yayıb.

Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib.

İyun ayından Ukrayna Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyü üçün qəti hücuma keçib. Minlərlə insan itkisinə başa gələn əməliyyatlarda Donetsk və Luqansk vilayətlərinin bir hissəsi azad edilib. Sentyabrın 3-də Donbas bölgəsində atəşkəs elan olunub.

BMT-nin məruzəsinə görə, atəşkəs elan olunandan sonra da Ukraynada qırğın gedib və oktyabrın 6-na kimi münaqişədə 331 nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol