Menu

Ermənistanda konyak zavodu partlayıb - Ölənlər var

01.09.2020, 15:58
Ermənistanda konyak zavodu partlayıb - Ölənlər var

Ermənistanın cənub-qərbindəki Armavir vilayətində konyak zavodunda partlayış baş verib.Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğın nəticəsində 2 nəfər həlak olub. Daha 4 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğının qarşısının alınması üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol