TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ – BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətini tənzimləyən konsepsiya hazırlanacağını açıqlayıb. Qurumdan verilən məlumatda bildirilir ki, bazarda aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmətin keyfiyyətinin aşağı olması buna zərurət yaradır.

Problemlərin həlli məqsədilə konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur.

Agentliyin hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksi sektorunda yenilikləri əsaslandırarkən dediyi bəzi əcaib fikirlər isə ictimaiyyət arasında heyrət və etirazlara səbəb olub. Sosial şəbəkələrdə mövqe bildirən ekspertlər, jurnalistlər BNA-dan açıqlama tələb etsələr də, adıçəkilən qurum hələlik susmağa üstünlük verir. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayıs Ağayev "AzPolitika.info"-nun suallarını cavabsız qoyub.

BNA rəsmisindən heyrətamiz açıqlama

BNA-nın şöbə müdiri Hikmət Babayev deyib: "Bu gün taksi sifariş etdikdə, yaxud yol kənarında dayanan taksi sürücülərinə müraciət etdikdə onların fərqli qiymətlər təklif etdiyini görərik. Bəzi avtomobillər köhnə, hətta yararsız olur. Avtomobillərdə mövcud tərtibat qaydalara cavab vermir. Sürücülərin böyük əksəriyyəti qeyri-peşəkardır. Bunlar da taksi fəaliyyəti ilə bağlı yeni konsepsiyanın reallaşmasını labüd edir. Konsepsiyanın icrası ilə sərnişinlər üçün təhlükəsiz və keyfiyyətli taksi xidmətinə nail olmaq qarşıya məqsəd kimi qoyulub. Sürücülər üçün isə iqtisadi baxımdan müsbət addımlar atılacaq.

Bu gün bazarda fəaliyyət göstərən xarici taksi şirkətləri dövlətdə qeyri-rezident kimi qeydiyyatdan keçməyiblər. Onlar sürücülər vasitəsilə pul qazanırlar və həmin pulu xaricə daşıyırlar. Onlar bir çox xərclərdən azad olduğu üçün qiyməti aşağı müəyyən edirlər. Onlarla mübarizə aparan yerli şirkətlər də məcburiyyət qarşısında qiymətləri süni olaraq daha da aşağı endirirlər. Bunu etməsələr, xarici şirkətlər bazarı tam ələ keçirərlər. Bu, artıq inhisarçılıqdır. Onlar bir neçə ölkədə fəaliyyət göstərdikləri üçün digər ölkələrdən də qazanc əldə edirlər. Yerli şirkətlər qiyməti endirdikdən sonra bunun çətinliyi sürücülərin üzərinə düşür. Onlar yanacağı və digər xərcləri çıxartmaq və qazanc əldə etmək üçün daha uzun müddət işləməyə məcbur olurlar. Bəzi insanlar bunu sağlam rəqabət kimi təqdim edirlər. İctimaiyyətdə belə bir fikir var ki, pandemiyadır, insanlar işləyə bilmir. Heç bir işə əli çatmayan kreditə avtomobil götürüb taksi xidməti ilə məşğul olur. Qeyri-peşəkar şəxslərin sərnişindaşıma ilə məşğul olması, sərnişinlərin təhlükəsizliyi üçün risk yaradır”.

Hikmət Babayevin ən diqqətçəkən və etiraz doğuran fikri isə bunlar olub: "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil".

Osman Gündüz: “Bu təfəkkürlə edəcəklərsə...”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu açıqlamanı heyrətlə qarşıladığını deyir: "BNA rəsmisi Hikmət Babayev deyib ki, taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Nə deyim... Hərdən çox çətin olur anlamaq. Əgər BNA bütün xidmətlərini, nəqliyyatın intellektual tənzimlənməsini bu yanaşma ilə, bu təfəkkürlə edəcəksə, onda gərək biz indidən işimizi bilək.

Düşünrəm ki, BNA rəhbərliyi öz əməkdaşının açıqlamasına ciddi reaksiya verməlidir. Buna aydınlıq gətirilməlidir ki, nə demək istəyib? Doğrudanmı o, məlum məsələ ilə bağlı BNA-nın mövqeyini açıqlayıb?”

Ərşad Hüseynov: “Öncə şirkətlərin hüquqi statusu müəyyən edilməlidir”

Nəqliyyat sektoru üzrə tanınmış ekspert Ərşad Hüseynov "AzPolitika.info"-ya şərhində bildirib ki, Agentliyin yanaşmasını doğru saymır. O hesab edir ki, vahid qiymət, kvota və dispetçer kimi məsələlərə ehtiyac yoxdur. "Ehtiyac olsa belə, onlar taksi xidmətlərində nizam-intizamın yaradılması, keyfiyyətin yüksəldilməsi istiqamətində atılacaq addımların ən sonuncularıdır. İlkin addım qanuni fəaliyyətin təmin olunmasıdır", - ekspert vurğulayıb. 

Ə.Hüseynov bildirir ki, ölkədə təxminən 30 minə qədər taksi fəaliyyəti ilə məşğul olan şəxs olsa da, onlardan cəmi 1500 nəfəri fərqlənmə nişanı alıb.

Ekspert hesab edir ki, bu proses tədricən həyata keçirilməlidir: "Qanunvericiliklə nəzərdə tutulmuş sürücülərin xüsusi hazırlığının keçirilməsi, taksi avtomobillərinə dair tələblər həyata keçirilməli və s. Belə edilsə, taksi fəaliyyəti ilə peşəkar məşğul olan şəxslərin sayı dəqiqləşəcək və stabilləşəcək. Bununla da taksi fəaliyyətində leqallıq təmin olunacaq".

Ə.Hüseynov qeyd edir ki, ümumi şəhər üçün taksilərinə vahid dispetçer mərkəzi lazım deyil. "Çünki bu xidmət növü sərbəstdir, taksilərin müəyyən olunmuş hərəkət qrafiki yoxdur və s. Bunu yalnız daşıyıcı şirkətlər özləri təşkil edə bilər. Şəhər üçün taksilərlə bağlı vahid məlumat bazası yaradıla bilər ki, bu da deyilən mənada dispetçer xidməti deyil. Həm də dispetçer xidməti külli miqdarda dövlət vəsaitinin xərclənməsi deməkdir. BNA dispetçer xidməti deyərkən sürücü ilə sərnişini əlaqələndirən aqreqatorluğu nəzərdə tutursa, burada vahid mərkəzin yaradılması düzgün deyil, hətta təhlükəlidir. Çünki bu məsələ sonda inhisarçılıq ilə nəticələnəcək. Vurğulanır ki, hazırda aqreqator sürücüləri istismar edir. Şübhəsiz ki, cəmi bir aqreqator olarsa, sürücülərin istismarı daha rahat olar. Alternativ olmadığı üçün öz şərtlərini diqtə edə bilər. Odur ki, buna yol vermək olmaz. Rəqabət mühiti saxlanmalıdır. Həmçinin bəzən şikayətlər olur ki, müxtəlif xarici şirkətlər, hətta erməni şirkətləri burada fəaliyyət göstərir. Öncə bu şirkətlərin hüquqi statusu, onların bazarda iştirak qaydaları müəyyən edilməlidir".

Vahid tarif məsələsinə münasibət bildirən Ə.Hüseynov, “Tənzimlənən qiymətlər haqqında” Qanunu yada salır: "Bu Qanunda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinin prinsipləri və tənzimləmənin tətbiqi dairəsi var. Taksi ilə sərnişindaşıma bu prinsiplər altına düşmür və tənzimlənən qiymətlər dairəsinə aid edilmir. Yəni taksi xidməti tarifinin tənzimlənməsinin nə iqtisadi, nə də sosial əsaslandırılması yoxdur. Həm də bu ideyanı ortaya atanların arqumenti yanlışdır. Söyləyirlər ki, qiymətləri tənzimləməklə taksi sürücülərinin qayğısına qalmaq istəyirlər. Birincisi, bunun səmimiliyi şübhəlidir. İkincisi, bunu deyənlər unudurlar ki, bu tipli məsələlərdə dövlət qiymətin yuxarı həddini müəyyən edir. Məsələn Tarif Şurası avtobusda gediş haqqının yüxarı həddini müəyyən edib. Hansısa sahibkar bu gün istəsə və buna imkanı olsa, sərnişini daha aşağı qiymətə daşıya bilər".

Hüquqşünas qeyd edib ki, qiymət məsələsini əslində bazarın özü tənzimləməlidir. Ə. Hüseynov Bakıda taksi fəaliyyətinin həddindən artıq pərakəndə olması ilə bağlı BNA rəhbərliyinin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu vəziyyət tələbatdan irəli gəlir: "Çünki ictimai nəqliyyat sərnişin sıxlığına yetərli və əlçatımlı deyil. Bu səbəbdən insanların getmək istədikləri istiqamətlər üçün ən yaxşı nəqliyyat taksilərdir. Fikrimcə, ilk növbədə Bakıda ictimai nəqliyyatın problemləri həll olunmalıdır".

Ekspert təəssüflə bildirir ki, BNA-nın hazırki yanaşması ilə problemlərin həlli mümkün deyil.

Elməddin Muradlı: "Həmin şirkətlərin arxasında milliyətcə erməni olan iş adamları dayanır"

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "AzPolitika.info”ya bildirib ki, taksi fəaliyyətinin qanunla tənzimlənməsinə böyük ehtiyac var: "Sadəcə mövcud şərait və reallıqlar nəzərə alınmalıdır. BNA-nın açıqladığı kimi bazarda bir neçə xarici şirkət fəaliyyət göstərir ki, onların mənşəyi məlum deyil. Bəzi məlumatlar var ki, həmin şirkətlərin arxasında milliyətcə erməni olan iş adamları dayanır. Onlar geniş fəaliyyət göstərirlər və yerli taksi şirkətləri ilə ciddi rəqabət aparırlar. Qiymətləri aşağı salırlar, haqsız rəqabətdən faydalanaraq üstünlük qazanırlar və s. Hazırda qəribə vəziyyət yaranıb, ictimai nəqliyyatla taksi qiymətləri az qala eyniləşib. Sürücülər də bundan ciddi narazıdırlar. Təsəvvür edin, 1-2 manata sifariş qəbul edib müştəri aparmaq məcburiyyətindədirlər. Bu zaman fasiləsiz istismar olunan avtomobilə zərər dəyir, sürücünün sağlamlığı əldən gedir. Başqa tərəfdən, şirkətlər sürücülər qarşısında yeni, komfortlu avtomobillərdən istifadə etmək, fərqlənmə nişanı almaq, vergi, sosial ödənişlər etmək tələbi qoyurlar. Bütün bunlardan sonra sürücü axşam evinə hansı qazancı apara bilər? Ona görə də qiymət məsələsi aktuallaşıb. BNA tərəfindən qiymətlərin tənzimlənməsi təklif olunur. Hesab edirəm ki, bu zaman reallıqlar da nəzərə alınmalıdır".

E.Muradlı hesab edir ki, qanunvericilikdə hər şey aydın ifadə olunub, sadəcə onun icra mexanizmi tam işlək vəziyyətdə deyil: "Heç bir maraqları güdmədən, 30 minə yaxın taksi sürücüsünün sosial vəziyyətinin gücləndirilməsinə, onların şirkətlər tərəfindən istimar olunmamasına və bu sahədə olan mövcud problemlərin həll olunmasına çalışmaq lazımdır".

Ələsgər Məmmədli: "BNA-nın hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır"

Hüquqşünas Ələsgər Məmmədli isə Bakı Nəqliyyat Agentliyinin rəsmisi Hikmət Babayevin "Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil" fikirlərini hüquqi baxımdan şərh edib. 

Ekspert bildirib ki, bu ifadəni işlədən şəxsin ilk növbədə idarəetməsində yer aldığı ölkənin Konstitusiyasından xəbəri yoxdur: "Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun konstitusiyasını xalq yaradıb. BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Bu ağılda olanlar dərk etməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır", - deyir.

BNA rəsmisi dərk etməli idi ki istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istədiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür".

Ə.Məmmədlinin sözlərinə görə, BNA-nın hüquqi statusu ciddi hüquqi mübahisəyə açıqdır.

"Bir şəhərin nəqliyyatının idarə olunması hansı legitim hüquq normasına görə Nazirlər Kabinetinə (NK) bağlı olmalıdır?"- deyə ekspert sual edib.

"2012-ci ildə Prezidentin qəbul etdiyi Yerli icra hakimiyyətləri haqqında Əsanaməyə əsasən (3.9.1.) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanı deyil, Konstitutsion qurumdur və Konstitusiya ilə səlahiyyətləri müəyyən edilib. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimiyyətinin əlindən alınıb, NK yanında BNA-ya verilməsi hüquqa ziddir. Azərbaycan Konstitusiyasında NK-nın səlahiyyətləri bunlardır, unudanlar bir də baxsın:

Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;

- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;

- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;

- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir", - deyə Ələsgər Məmmədli vurğulayıb.

Elçin

AzPolitika.info

Şərhlər

Aborigen 2020-09-09 21:56:04

""Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil". Afərin, min dəfə afərin!! Bu adamın şəklini bütün canlı və cansız nəqliyyat vasitələrinin arxa tərəfinə yapışdırmaq lazımdır. nəqliyyat

VƏTƏNDAŞ 2020-09-04 10:41:55

Nə qədər dövlətinə,xalqına düşmən olasan,savadsız olsan ki,belə çıxışlar edəsən.Sanki bu zatları vəzifəyə qoyurlar ki,insanları dövlətdən,Prezdentdən narazı salsınlar.Hüquqşünas olsan belə savadsız çağrışlar edəsən.Bunların hüquqşünası belədirsə oranın rəhbərliyi gör nə gündədir.

PAPA RIMSKI 2020-09-04 01:36:51

BELE IWIBACARMAYAN ....

Amon 2020-09-04 00:32:37

Hami dusub bu kisinin ustune axirda onsuzki o kisi deyen duz cixacaq qiymetler qalxacaq. BNA bu memura tohmet vermek evezine taksi qiymeti haqqinda movqeyini desin.qiymet qalxacaq ya yox vesselam nagil danisillar nece gundu.

Sabir 2020-09-03 22:05:53

Bu çox səhv yansşmadır, rəqabəti məhdudlaşdırır, inkişafın qarşısını alır. Antiinhisar siyasətini həyata keçirən Dövlət Xidməti dərhal reaksiya verməli, bu məsuliyyətsiz qərarın qarşısını almalı, Nəqliyyat Agentliyini inzibati məsuliyyətə cəlb etməlidir.

ADİL 2020-09-03 21:58:24

ALLAHIM HARDAN TAPIB XALQIMIZA SIRAYIRLAR SAHƏDƏN XƏBƏRİ OLMAYAN QERİ-PEŞƏKARLARI.ALLAH RƏHMƏT ELƏSİN BÖYÜK ŞAİRİMİZ M.ŞƏHRİYARA.O YAZIRDI-BİZDƏN İRƏLİDƏDİR AVROPALILAR,CÜNKİ İŞİ İŞ BİLƏNƏ TAPŞIRIR ONLAR.

Vətəndaş 2020-09-03 17:48:37

Hakimiyyət belə özbaşınalq hallarını diqqətdən kənar qoymamalıdır. Bir diqqət edin ,neçə illərdir Azərbaycanda dolların məzənnəsi 1.7 manat fdəyərində saxlanılır.Bəs onda niyə ticarət obyektlərində qiymətlər durmadan artır?Axı xaricdən gətirilən malların da qiymətləri dollar heabi ilə artmayıb.Onda qiymət artımına səbəb olmamalıdır.Niyə hakimiyyət bununla maraqlanmır və ya maraqlanmaq istəmir.Bu hallar dərman preparatlarında daha kəskin biruzə verir.ıyıvətəndaşların vəziyyətinə və

Cavan 2020-09-03 16:46:17

Siz bazar qiymətlərinə azad rəqabətə niyə qarışırsınız axı? İnsanları avam hesab edərək güya etdiyiniz pislikləri yaxşılıq kimi qələmə verirsiniz.Axı sənin nəyinə lazımdır şirkətlərin işinə qarışırsınız.Sizin məntiqinizlə belə çıxır ki,siz ətin də qiymətini ucuz hesab edərək qaldırılmasını tənzimləmə adı ilə təklif edə bilərsiniz.Bizi avam yerinə qoymayın,sizin gətirdiyiniz taksilər rəqabətdə uduzur deyə bazar qiymətlərinə qarışaraq camaatın cibinə girirsiniz.Həftənin 6-cı günləri marşurutu da sizin taksiləriniz camaatı yaxşı soysun deyə işlətmirsiniz.Allah insanların çörəyi ilə oynayanlara lənət eləsin.

Vətəndaş 2020-09-03 15:56:03

BNA rəsmisinin - dövlət məmurunun bu təklifi və fikirləri əməlli-başlı təxribatdır. Hikmət Babayev milyonlarla insanda hakimiyyətə narazılıq yaratmaqdan başqa heç nəyə Nail olmadı bu axmaq çıxışı ilə. Təklif edirəm, BNA rəhbərliyi belə yarıtmaz məmuru vəzifəsindən azad etsin.

RT 2020-09-03 13:36:51

Boze dûshman lazim deyil , ôzûmûz ôzûmûze qenimik !!!( Bu ne danishir ? Vallahi derdeeee

T.ədalət 2020-09-03 12:19:22

BNA bu açıqlaması ilə əhaliyə xidmət etmək kimi vəzifəsini quldur qurumla əvəzləyib.Allah bizi içi ermənilikdən ibarət olanlardan qorusun!

.EJDER NAQILBAZ 2020-09-03 12:17:01

ha ha ha malades,,,ANALOQU OLMAYAN ISLAHATLARDIRRRRR

Cavan 2020-09-03 11:03:55

Sizin kimi iş bacarmayanlar,xalına yuxarıdan aşağı baxanlar,cənab prezdenti pis vəziyyətdə qoyursunuz.Xarici ermənilərlə əlaqəli şirkətləri Azərbaycana doldurduğunuz bəs deyil,xalqın əsəbi ilə oynayırsınız.Əsl məqsədiniz monopoliya yaratmaq,sahəni monopoliyaya alaraq Azərbaycan vətəndaşlarına ziyan vurmaqdır.Belə savadsız,xalqını sevməyən zatları görəsən vəzifələrə kim irəli çəkib xalqın başına bəla edir?

Yengibar 2020-09-03 10:57:47

...günahlar hamısı Ramiz Mehdiyevdədir!

Mubariz 2020-09-03 10:57:15

Deməli karantin rejimi hələ cox uzadılacaq və istirahət günləri taksi mafiyasına xidmət edəcəyik.Doğurdan mı Vətənimizdə savadlı adam qalmadı? Bu cür savadsızlarin əlində oyuncağa cevrilmişik

mammadhasan 2020-09-03 10:46:28

BNA qeder ozunu biabir eden qurum yoxdu. onlarin tek derdi insanlardan nece pul qopardimdi. ellerinden hec ne de gelmir. gah parkovka qiymeti qaldirmaq isteyir gah camaat taksiye minmesin deyir ve s. hec cur ozunu dogrultmur ve legv olunub getmelidi. parklanmaya nezaretin yeniden hem de YPX-ye qaytarilmasi da bunu subut edir ki is bacarmirlar. diger rayon ve seherlerde BNA yoxdu is getmir?!

Rəfael Mərdiyev 2020-09-03 10:24:26

Kimsə pul qazanmaq istəyir və taksi sektorunu öz əlinə almaq istəyirş Bu isə amıq inhisarçılıq deməkdir. Bu yolverilməzdir. Taksi sürücülərinin rifahı və qayğısı altında hər şeyi öz əllərində cəmləşdirmək istəyirlər. Bu da yol verilməzdir. BNA rəsmisi isə tutduöu vəzifəyə uyğun peşəkar deyil və qanunu bilmir. İlk növbədə taksi sürücülərini öz fəaliyyətlərini leqallaşdırmaq üçün addımlar atılmalıdır və bunun üçün müəyyən olunan rüsümlar aşağı salınmalıdır. O ki qaldı xarici şirkətlər və onların kimlər tərəfindən idarə olunması, həmin şirkətlər və onların sahibləri müəyyən olunmalıdır. Sonra isə sahibkar və şirkətin hansı ölkəyə mənsub olmasından irəli gələrək taksi xidmətinin göstərilməsinə icazə verilməli və yaxud qadağa qoyulmalıdır. Taksi xidməti tək imkanlı insanlar üçün deyil hər kəs üçün olmalıdır. İmkanlı adam komfort üçün artıq pul verib "Lexus" taksi ilə gedə bilər. İmkanı aşağı olan adam isə "Жигули" taksi il' ged' bilər. Lakin hər iki növ taksi texniki tərəfdən yararlı olmalıdır. Buna isə BNA nəzarət edə bilər.

Mehdi 2020-09-03 10:21:04

Bunlar nətəri adamlardi,.....Az qalirlar xalqi məhv elesinler.Əllərinde tam imkan olsa inaninki bu xalqi buradan köcurdərler.

VƏTƏNDAŞ 2020-09-03 09:45:06

Taksi xidməti az saylı sahələrdən biridir ki,monopoliyada deyil.Yalançı arqumentlərlə bu sahəni də monopoliyaya alırlar.Hüç olmasa vicdanız olsun bir dəfə xalqımızın güzaranının yaxşılaşdırılmas üçün təklif verin.Pandemiya dövründə insanlar həyat mücadiləsi verərkən bəziləri ciblərini fikirləşir.Gömrük bir tərəfdən insanlara zərbə vurur,bunlar bir tərəfdən.Yaşlı məmurlar çıxarılaraq yerinə cənglər təyinat aldıqda zavallı xalqımız sevindi.Halbu ki,qoca qurdların yerinə daha insafsız,görməmiş,insanların son tikəsini ağzından çıxartmağa hazır olan milliyəti bilinməyənlər vəzifələrə yiyələnərək xalqa zülm edirlər.Belə getsə tənzimləmə adı ilə çox şeylərin qiymətini qaldıraraq monopoliyaya alacaqlar.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.