VƏZİFƏLİ ŞƏXS CİNAYƏT BAŞINDA YAXALANDI - VİDEO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1 000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.

İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində sentyabrın 2-də Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1 000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.


635x100

Şərhlər

Oxucu 2020-09-19 15:47:35

Cənab DTX Sizi Şəkidə gözləyirik ?

Oxucu 2020-09-06 00:02:37

Bu Baş Prokurorluq tərəfindən növbəti dəfə gözə kül üfürməkdir. Niyə Baş Prokurorluq bir qəbir yerinə görə bələdiyyə üzvünü o dəqiqə həbs, Buzovna qəsəbəsi R.Axundov küçəsi 2-də yerləşən yataqxananın həyətini satmış, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyevə gözün üstə qaşın var deyən yoxdur?

Ramanadan 2020-09-04 21:02:08

TİKİNTİ APARILMIŞ KƏND TƏSƏRÜFATI TƏYİNATLI TORPAQLARDAN HƏDƏ QORXU GƏLMƏKLƏ PUL YIĞILMASI İDEYASI RAFİQ CƏLİLOVA MƏXSUSDUR...

vətəndaş 2020-09-04 20:00:25

bu variantla yığılan pulların hamısı komitənin dəvəquşu ləqəbli bir rəhbər işçisinə çatır.

Nazim 2020-09-04 16:02:36

bu bedbexti 900 manata gore tutulur, yaxwi olar ki, 1000-lerle bele qanunsuzluqlara yol vermiw zakir qaralov ve bu qebilden olanlar da qandallanmiw olsunlar, bax bu olar Anti Korrupsiya, yoxsa bele tedbirlerle haqqi berpa etmek cetindir, unutmayaq ki elin gozu tereziidir...

Yavər 2020-09-04 15:49:51

Bir deyil.beş deyil.Sistem belə qurulub.Sistem dəyişməsə mümkün deyil! Məhkəmə,Polis.Əmlak Komitəsi,Nazirliklərİcra başçıları və digərlərnin işi rüşvət üzərində qurulduğundan belə tək-tək yetimləri tutmaqla iş bitməz! Rejim və sistem dəyişməsə belə olacaq.Kimi istəsəniz.Nə zaman iatəsəniz təqsuirləndirmək olar sistemi ləğv edilməlidir.Çünki işlər yuxarıdan elə qurulub ki, hamı az və ya çox miqdarda qanunsuzluğa vadar edilib..Ona görə köklü dəyişikliyə ehtiyac vardır.

İcarəçi 2020-09-04 15:32:29

Bunlar kimdir ki? Kiçik fiqurlardırlar. Əsas müavin Rafiq Cəlilovdur. Onu tutmaq lazımdır. Millətin qanını içir. Milyonları var.

Son yazılar