“Ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında çıxışı zamanı deyib.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.


Şərhlər
IREVANDA NE VAXT SAMAVAR QAYNADIRIQ?
Maraqlidi orda , ne dilde danishib ?...
Malades !!!!! Halva Halva demeynen , aqiz shirin olmur !!! ...
Müdafiə naziri əvvələn ora getməli deyildi.İkinci tərəfdən gedib nə etdi.Gərək ciddi məsələ qaldıraydı və faktlarla MDB üzvlərini düşünməyə və müvafiq qərar verilməsoinə nail olardı.Əfsus ki, bunların heç birini etmədi...
İttiham Məhkəmədə, Tribunalda olar. İclasda cinayətkarla, məğlubun eyni təşkilatda olmasının da xəyanət olduğu bəyan edilməliydi?
Əsas işğalçı Rusiyadır,erməni rusun əlcəyidir.
Ərazilərimizi işğal edən Rusiyadıf.
bunun açıqlaması adamı güldürür. sən dövlətlər arasındakı münasibətlərə xələl dəyməsindən danışırsan, de görək Qarabağı qaytardınmı? qaytarmadınsa niyə ora getmişdin?