Menu

Millətlər Liqasının oyunu koronavirus səbəbindən keçirilməyəcək

05.09.2020, 09:31
Millətlər Liqasının oyunu koronavirus səbəbindən keçirilməyəcək

UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.

"Report"un məlumatına görə, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsiMixal Yurman yerli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yığmanın heyətində koronavirusa 2 yoluxma halı qeydə alındığından komandanın sözügedən matçda iştirak etməməsinə qərar verilib.

Qeyd edək ki, görüş sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi. Çexiya ilk turda səfərdə Slovakiyanı 3:1 hesabı ilə məğlub edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol