Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, C liqasının I qrupunda yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib.
Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçın 26-cı dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq, milli ilk hissənin sonlarına yaxın hesabı açmağa nail olub. 43-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib. Birinci yarı bu hesabla başa çatıb.
İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqol müəllifi olub. 72-ci dəqiqədə isə lüksemburqlular hesabı öz xeyirlərinə dəyişiblər. Təyin olunan penaltini Gerson Rodriges dəqiq yerinə yetirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Qrupun digər matçında Monteneqro səfərdə Kipr yığmasını 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.


Şərhlər
Futboll bizim coreyyimiiz deyll vve olmayacaq
Futboll bizim coreyyimiiz deyll ve olmayacaq
Idman naziri harada yatb?
AZƏRBAYCANIN LƏYAQƏTLİ OĞLU,XALQININ FƏDAİSİ HÖRMƏTLİ QURBAN QURBANOVU AZƏRBAYCAN MİLLİSİNDƏ 1 İL BELƏ İŞLƏMƏYƏ İMKAN VERMƏDİZ.O ADAMA Kİ.İLLƏRDİR XARABA QOYDUĞUNUZ AZƏRBAYCAN FUTBOLUNU ÖLMƏKDƏN HƏLƏLİK XİLAS EDİR.XARİCDƏN MƏŞQÇİ.FUTBOLÇULAR GƏTİRİB PUL SİLMƏKLƏ VƏTƏNİMİZƏ XƏYANƏT EDİRSİNİZ.... .
AFFA rəhbərliyi,qaspodin Elxan Məmmədov utanırmı,xəcalət çəkirmi? Əvvəlcədən bəllidir ki.bu futbolçulara Qvardiola da gəlsə xeyri olmayacaq.Bəs siz Azərbaycan futbolunun düşmənləri niyə milyonları israf edərək israrla xarici Azərbaycan futbolşularının vəziyyətindən xəbəri olmayan xarici məşqçiləri dəvət edirsiniz? Nədir sizin bu xala nifrətinizin səbəbi? Adil Nağıyev,Krivatçuk kimi oyunçuları meydana çıxarıb milləti niyə biabır edisiniz .....