Menu

Tixanovskaya Polşanın baş naziri ilə görüşəcək

06.09.2020, 00:11
Tixanovskaya Polşanın baş naziri ilə görüşəcək

Polşanın baş naziri Mateuş Moravetski Belarus prezident seçkilərinin eks-namizədi Svetlana Tixanovskaya ilə görüşəcək. Bunu şənbə günü Baş Nazirin dəftərxanasının rəhbəri Mixail Dvorçik mətbuat konfransında deyib.

“Üzümüzə gələn çərşənbə günü baş nazir Svetlana Tixanovskaya ilə görüşəcək”, - deyə Dvorçik bildirib.

O, görüşün əsas mövzularından birinin Belarusdakı aksiyalarda saxlanılan şəxslərin azad edilməsi ilə bağlı olacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol