Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb. O, qızının toyunun videosunun yayılmasının təxribat olduğunu bildirib.
Karantin rejimində qızına toy etdiyi üçün inzibati qaydada 15 sutka həbs edilən və bu gün azadlığa çıxan İlham Əliyev üzr istəyib.O, qız övladına toy etdiyi üçün səhv addım atdığını deyib. Bildirib ki, bir ata kimi hissələrini cilovlaya bilməyib və belə bir addım atıb.
O, üzr istəyərkən göz yaşlarına hakim ola bilməyib: "Mən cürət edib cənab prezidentin qarşısında, çox hörmətli Mehriban xanım Əliyevanın qarşısında, cəmiyyətimiz qarşısında üzr istəyirəm. Qız övladıdır, hisslərimi cilovlaya bilmirəm. Mümkünsə, məni bağışlasınlar".
"AzPolitika.info"nun məlumatına görə, sabiq deputat qaynatası Ramiz Mehdiyevə qarşı ittihamların da qərəzli olduğunu iddia edib:"Nəinki Ramiz Mehdiyev, eləcə də onun bütün ailə üzvləri bu hakimiyyətə sadiqdirlər və ölənədək də sadiq qalacaqlar".

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi. Görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.
Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.

***
Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxır.

Musavat.com xəbər verir ki, hər iki şəxsə avqustun 22-də 15 sutka müddətində cəza kəsilmişdi. Onlar cəza müddətləri başa çatdığı üçün azadlığa buraxılacaqlar.
Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirdilər.
Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.
Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.
Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi.

Şərhlər
Sən niyə ağlayırsan cənab keçmiş deputat?..Adamın səhvi olar da, cəzasını da çəkdin, ancaq bu kövrəlməyin və kimisə hədələməyin, düşünürəm ki, lazım deyildir...
Sinmaz eyilmez Tofiq Yaqubluya esq olsun Allah yolun acsin. Adam kisi olar
Generalin ve diger sehidlerin 40 cixmamish.Toy edenin vicdani var.O ramiz mehdiyev gedende butun mulklerini aparacaq nush eder.
Bu 15 gun iceride oturub fikirlesibki ramizin 83 yasi var 90+oynuyur.menki hele cavan oglanam men niye diresimki bu hakimiyyetnen bes milyonlar nece olacaq ele en yaxsisi aglayim uzr istiyimki bagislasinlar.bu elindeki obyektlere ve milyonlarla pula gore uzr istiyib aglayir.zulfuqarov qardaslarinin qargisi tutub bunlari deyesen
ZALIMIN GÖZ YAŞLARINI SEYR ETMƏK NECƏ DƏ XOŞDUR.
Deyirlər "Ölünü nəzarətsiz buraxsan ....b kəfəni zad eləyər"İndi Ramizin başı qarışıb deyə bu İllixom nəzarətdən kənarda qalıb deyə batıra-batıra gedir haaa.ALLAH axırını xiyar eləsin...
Yıxılana balta vurmaq olmasın, mənə maraqlı gəlirdi ki, bu İlhamı xeyli müddət deputat eləmişdilər amma elə agzına su alıb oturmuşdu deputatxanada, dinib danışmırdı.İndi başa düşdüm ki, Ramiz bunun aglına bələd imiş ki, agzını açmaqla "qatıqlıyacaq" Ayə bunlar nə qədər debil, səviyyəsiz adamlarmış.....
Deyirsən:” “Hisslərimi cilovlaya bilmədim, atayam” olsun sayğı duymaq lazım. Amma, sənin kimi minlərlə qız atası, toy etmək istəyən var. Onlar nəinki toy, vağzalısız qızlarını köçürdü. Sən şıdırğı toy etdin. Necə deyərlər” Çimdin boğuldun”
Bu oyundur. Milyardları atıblar millətə. İndi iz azdırırlar.Yalandan Dalaşırlar,boğuşurlar,yalançı müxalifət yaradırlar. Qurulmuş tamaşadır. Bunlar da xalqa atan xalq artistləridirlər.
Ay Kiwi sen ne etmisen toy etmisende ne beyuk cinayet teretmisen agla
Hörmətli azpolitika saytı, həmişə sizin vasitəsi ilə xəbərlər əldə edirik, amma xahiş edirəm, qərəzli olmayın, reallığı qeyd edin, onsuzda hamı gözləri ilə baxır, aydın görsənir ki, İlham Əliyev bir qədər kövrək şəkildə jurnalistlərin qarşısında çıxış edib, amma insandır, yaddan çıxartmaq lazım deyil hər bir insanın reaksiyası var, hətda məndə də hansısa kinofilmə baxarkən özümdən asılı olmayaraq gözlərimdən yaş gəlir, amma bunu şişirdib ağlamaq kimi millətə təqdim etmək Sizə yaraşmaz, onsuzda oxucu bu videoya baxavaq, bir sözkə peşəkərlığınızı artırmaqla məşğul olun
Qurban Məmmədova sponsorluq edəndə həmən o Ramiz Mehdiyev dir.
uqurlar ..........
Bu neteri də amerkan hindularina oxsayir.