GÖMRÜK GENERALININ OĞLUNUN İNGİLTƏRƏDƏKİ ŞİRKƏTLƏRİNİN SİYAHISI - Fotolar

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevin oğlu da İngiltərədə bir neçə şirkət təsis edib.

Bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli məlumat yayıb.

Generalın oğlanları onun yolunu davam etdirirlər, hər ikisi ixtisasca uroloqdur. Böyük oğlu Fərid Qədiməliyev Gömrük Hospitalının urologiya bölməsinin rəisidir.

Kiçik oğlu - 1987-ci il təvəllüdlü Emil Qədiməliyev isə uroloqdur, İngiltərə vətəndaşıdır.

Emil Qədiməliyev bu il iyulun 15-də Londonda Britaniya vətəndaşı Rina Patellə 3BEAM LTD şirkətini təsis edib. Şirkət tibb sahəsində fəaliyyət lisenziyası əldə edib.

Emil Qədiməliyev ötən ilin ilin avqustunda həmin şəxslə daha bir tibbi şirkəti - APEG IMAGING (UK) LTD-ni qeydiyyatdan keçirib.

Ötən ilin avqustunda isə gömrük xidməti general-mayorunun oğlu Londonda 2014-cü ildən fəaliyyətdə olan ACUITUS CONSULTING LTD maliyyə şirkətinin səhmdarları sırasına qatılaraq Direktorlar Şurasına qəbul olunub.

Ötən ilin yanvarında o həmçinin TDP LIMITED,nin direktorlarının biri olub.

Emil Qədiməliyevin digər ortaqları ilə qurduğu daha bir şirkət - CORNER SQUARE LIMITED 2018-ci il dekabrın 13-də Britaniya Şirkətlər Evində qeydiyyata alınıb. Ötən ilin fevralın 4-də şirkət London Haddon 4 ünvanında fəaliyyət göstərən AUBAINE restoranını icarə götürüb.

Emil Qədiməliyevin 2018-ci ilin dekabrında qeydiyyatdan keçirdiyi GLOBAL HEALTH PARTNERS LTD isə ötən ilin oktyabrında ləğv edilib.

O, 2018-ci ilin noyabrında təsis etdiyi ALLIANCE EQUITY PARTNERS LTD adlı şirkətin də sahibidir, 2018-ci ilin dekabrında qeydiyyatdan keçmiş TOTAL NIGHT LIMITED-nin 4 təsisçisindən biri olub. TOTAL NIGHT LIMITED SIC (biznes növü) təsnifatı üzrə 56302 saylı fəaliyyət hüququ əldə edib. Bu təsnifat üzrə şirkətə publik evlər və barlar (Public houses and bars) işlətmək hüququ verilir. Bu ilin yanvarında o həmin şirkətin direktoru vəzifəsini tərk edib.

Emil Qədiməliyevin adı 2015-2018-ci illərdə ACUITUS MEDICAL LTD şirkətinin direktorları sırasında keçib. Şəxsi Linkedin hesabında yer alan məlumatlara görə isə Emil Qədiməliyev həm də V-NOVA LIMITED-in ( kompüter proqramları təminatı) Londonun Mayfair, Piccadilly 46 ünvanındakı WASHI zərgərlik dükanının investorlarındandır.

2018-ci ilin aprelin sonunda Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə məlumat yayılmışdı. Həmin iş üzrə gömrük general-mayoru Fikrət Qədiməliyev və daha bir neçə şəxs vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb olunmuşdu. İş üzrə təqsirləndirilənlər ötən ilin martında məhkəmə zalından azadlığa buraxılıblar.

Fikrət Qədiməliyev ötən ilin oktyabrında "MedEra Hospital”ın Tibbi direktoru təyin edilib.



Вставляется в месте расположения рекламного блока:

Şərhlər

Təbib 2020-09-20 04:16:57

Məqalədəki cümləyə baxın: Məhkəmə zalından azadlığa buraxıldılar. Bu da cinayət əməllərinə görə məhkəmə qarşısında çıxarılan pullu dələduzların qanundan üstün tutulması faktıdır. Bu kimi məlumatları niyə verirsiniz? F.Qədiməliyev bu qədər həngamadan sonra azadlıqda kef edirsə, onun oğlanlarının hansı şirkətlərə malik olmasının cəmiyyətimiz üçün nə xeyri, nə ziyanı? Başınıza mövzu qəhətdir?

Eli 2020-09-10 00:58:03

Aborigen ve qaçaına.Gözel insanlar millet heç vaxt sehv etmir.Sehvi Millete rehberlik etmek isteyen ve qabaqdd getmek isteyenler edir.Onların da ekseriyyeti nefsine qul olanlardır.Bela burdadır.

BicnesMENLEADYlər 2020-09-07 14:14:48

Qarabağ və ətrafını, məxaric valyutanı da nəzərə alsaq Azərbaycan varidatı anti-Azərbaycan qüvvələr və xarici ortaqlarla iki dəfə qanuni, ya zorla" yarı paralanıb, özəlləşib.

.EJDER NAQILBAZ 2020-09-07 01:37:40

BU ANALOQU OLMAYAN HAKIMIYYETDE ANCAQ BIRSURU NATEMIZLER INKIWAF EIR

qaçqın 2020-09-06 23:16:13

Aborigenin sözlərini birə bir təkrar edirəm --görəsən harada səhv edilib?

Culfa 2020-09-06 22:53:29

Fikrət Qədiməliyev dəyərli həkimdir. Kiminsə oyununun qurbanı olub. Çox da onun üstünə getməyək.

Culfa 2020-09-06 22:50:43

A kişi, bu erməni olsaydı, deyəcəkdiniz ki, gör erməni hara gedib çıxıb? İndi bu azərbaycanlıdır. Qoy səsi Londondan yox, lap Amerikadan gəlsin. Niyə qısqanırsınız?

Aborigen 2020-09-06 20:16:19

Görən bu millət harada və nədə səhv etdi ki, ALLAH bu canavar sürüsünü bu millətə cəza göndərdi. Ey Böyük Yaradan, keç bizim günahımızdan!

fikrətə 2020-09-06 15:45:00

tebe skoro xana.

Yavuz 2020-09-06 15:20:35

Gömrükdə də general olar? Prada dəərəcə olur.1-ci.2-ci dərəcəli gömrük işçisi.Vəssalam.Yoxsa General! General adını bu qədər aşağı salmaq cinayətdir.Gneral çini yalnız hərbçidə ola bilər.

Anar 2020-09-06 14:45:53

Indi bunu bize niye deyirsiniz?

Son yazılar