SABİQ DEPUTAT DEDİKLƏRİNİ DANARAQ MƏTBUATI HƏDƏLƏDİ... - Səs yazısı yayıldı+ AUDİO

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

"AzPolitika.info"nun məlumatına görə,azadlığa çıxan sabiq deputat məlum toydan sonra onun şəklini qoyaraq "mənim kefim kökdür" başlığı ilə yazı verən saytın rəhbərliyini hədələyib.

"Mən o sayta xəbərdarlıq edirəm, əgər iki gün ərzində mənim  o dediklərimin audio yazısını verməsə, onları tapıb cəzalandıracam. Çünki deyilməyən sözə görə insan cəmiyyət qarşısında alçatmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəıfsiz isə cəzalandırılmalıdır" -deyə, Ramiz Mehdiyevin kürəkəni hədə-qorxu gəlib.

Məlum olduğu kimi, Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev karantin qaydalarını pozaraq, qızına toy etməsi barədə yayılan xəbərlərdən sonra ilk dəfə Demokrat.az-a danışmışdı.

Sabiq deputat hələ o zaman hər şeyin yaxşı olduğunu söyləmişdi: "Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın. Bu barədə heçdə danışmayaq, başını buraxın getsin. Hər şey qaydasındadır. Heç kimə cavab vermək istəmirik. Sağ olun!".

Bu gün isə o, həmin açıqlamasını danmağa başlayıb:
Demokrat.az sabiq deputat İlham Əliyevin sözügedən açıqlamasının səsyazısını təqdim edir:

635x100

Şərhlər

.EJDER 2020-09-07 01:42:42

KIWIDI BU,KIWIDI BU...VAR ...BU,ERMENI TOYU NECE KECDI

ayrım 2020-09-06 22:35:19

Bedbəxt fikirləşir ki yenidən tutub icəri basarlar bəlkə vəziyətdən belə cıxa.15 gündü kişi məşq edir da bə.

Hadı 2020-09-06 18:24:49

Bunların cəsarətini, gücünü 15 sutkalıq həbslə sindırmaq mümkünsə hansı hədədən danışır? KİV-ə xox eləməklə özünü güclümü sayır."Vuran ogul dayısına (oxu-qaynatasına) güvənməz O da ola bir ayagı o biri tərəfdə.Bəsdirin, ayıbınıza kor olun."Prezidentlə aranı düzəldib görün sizə neynəyəcəm" deməkdir bu gedişiniz.ARTIQ GECDİR,SİZLƏR QURUBA YUVARLAMAQDASINIZ, ÖZÜDƏ ANALOQU OLMAYAN SÜRƏTLƏ.....

Hadı 2020-09-06 18:17:53

Bunlar BLEF YAPIYORLAR, Heç nə edə bilməyəcəklərilmək iqtidarında deyillər. Və edə b

Tahir 2020-09-06 17:38:34

Əvvəllər bu adamcıgaz İlham Əliyev ad və soyadına və R.Mehdiyevin kürəkəni olduguna görə "yadda" qalmışdı.Toy olayından sonra isə debil, axmaq, korazehin və aglından ziyadə QARNI ilə yaddaşlarda qalar....

Ədalət 2020-09-06 17:02:00

Bir kişi ki,ağlayır,və deyir ki günah qızı yaşında olan xanimdadir,söhbət Ayseldən gedir,o adamdan luboy alçaqlıq gözləmək olar.

sual 2020-09-06 16:08:44

Əvəz Zeynallı danışır: "Ramiz Mehdiyevin kürəkəni cəmiyyəti və medianı niyə hədələdi?" https://www.youtube.com/watch?v=rECZFjNWSqQ

Son yazılar