Menu

Tofiq Yaqublu barədə hökmdən apelyasiya şikayəti verildi

07.09.2020, 11:11
Tofiq Yaqublu barədə hökmdən apelyasiya şikayəti verildi

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən apelyasiya şikayəti verilib. Bunu “Report”a açıqlamasında vəkil Aqil Layıc deyib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Şərhlər

Roma 2020-09-07 14:02:38

Şəxsən mən Tofiq bəyin belə hərəkətinə inanmıram. İkincisi bu hərəkət gerçəkdən olubsa da Tofiq bəyi qarşı tərəfdən bağışlamasını xahiş edərdim. Tofiq bəy Qarabağda vuruşmuş, çox da uzaq olmayan bir dövrdə övladını itirmiş, bir neçə dəfə həbsxana həyatı yaşamış və bəlkə də bu səbələrin hər hansı birindən onda əsəbi hal yaranmış və belə bir hadisə başına gəlmişdir...Bir sözlə şəxsən mən onun azadlıqda olmasını arzulayıram...

X 2020-09-07 13:02:50

Qazimiz hec bir mane olmadan azad olmalidi. Megrur TOFIQ YAQUBLU ya azadli

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol