Menu

Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - TƏBİB-dən açıqlama

07.09.2020, 16:33
Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - TƏBİB-dən açıqlama

Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol