Menu

Əli İnsanovun köməkçisi həbs olundu – Polisə müqavimətdə ittiham edilir

07.09.2020, 17:32
Əli İnsanovun köməkçisi həbs olundu – Polisə müqavimətdə ittiham edilir

Haqq və Ədalət Partiyası (HƏP) sədrinin köməkçisi Rəşad Abbaslı polisə tabe olmamaq ittihamı ilə 30 sutka müddətinə həbs edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə mətbuata partiyanın İdarə Heyətinin üzvü Babək Adıgözəlov bildirib.

Onun sözlərinə görə qərarı bu gün Bakının Binəqədi Rayon Məhkəməsi qəbul edib. B. Adıgözəlov R. Abbaslının həbsini partiyanın fəaliyyəti ilə əlaqələndirib.

Rəsmi qurumlar Rəşad Abbaslının saxlanılması və ya taleyi ilə bağlı hələ məlumat yaymayıb. Haqq Ədalət Partiyasının sədri keçmiş səhiyyə naziri Əli İnsanovdur.

AzPolitika.info

Şərhlər

məhkəməyə 2020-09-07 19:32:33

REMBO-du?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol