Menu

Rusiya erməniləri Suriyaya daşıyır- Türkiyə ordusu ilə döyüşdürmək üçün

07.09.2020, 20:21
Rusiya erməniləri Suriyaya daşıyır- Türkiyə ordusu ilə döyüşdürmək üçün

Ermənistan Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi “Azad Suriya Ordusu”una qarşı döyüşmək üçün azı 450 hərbçi göndərib.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı NZİV.net adlı (https://nziv.net/52084/) İsrail xəbər portalı yayıb. Söhbətin Ermənistanın nizami ordu mənsublarından, yoxsa qeyri-nizami hərbi dəstələrdən getdiyi məlum deyil.

Xəbərdə bildirilir ki, Ermənistandan hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib. Erməni muzdluları qərargahı Livanda yerləşən, Suriyada və Livanda fəaliyyət göstərən hakimiyyətyönümlü (söhbət Əsəd rejimindən gedir,-red.) “Çenak” partiyası tərəfindən ələ alınıb. Batalyonu Rusiyanın Suriyadakı Hmeymim aviabazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf müşaiyət edir.

Nəşr bildirir ki, erməni muzdlularının Suriyada Bəşər Əsədin tərəfində Türkiyə ordusuna qarşı döyüşmək üçün ələ alınması Rusiyanın son aylar Ermənistana açıq hərbi dəstək verməyə başlamasından sonra mümkün olub. Rusiya bununla Azərbaycana hərbi dəstək verən və onun ordusuna təlim keçən Türkiyəyə cavab mesajı verir.

Xatırladaq ki, bir neçə gün əvvəl radarlar Suriyadakı Hmeymim aviabazasından qalxan İl-76 hərbi-nəqliyyat təyyarəsinin Yerevanda endiyini qeydə almışdı. İndi belə görünür ki, Rusiya hərbi-nəqliyyat təyyarəsi erməni muzdlularını Suriyaya daşımaq üçün göndərilmişdi. 

Məhz həmin günlərdə “Nezavisimaya qazeta” Türkiyənin Ermənistanla döyüşmək üçün Suriyanın şimalından Azərbaycana 500 muzdlu göndərdiyi haqda dezinformasiyanı ortaya atdı. Bu dezinformasiya Azərbaycanın müdafiə və xarici işlər nazirlikləri tərəfindən rədd edilib.

Şərhlər

vidadi goyce 2020-09-08 08:56:22

mayrigit kunem vvp

RT 2020-09-07 21:36:47

Bizde Shoyqunu qarshiladuq sonra Zskiri yola salduq rusiyaya (((

t.ədalət 2020-09-07 21:20:45

Suriyaya gedən erməni muzdluları hamısı məhv edəcək.ermənilərin heç vaxt ordusu olmayıb.Həmişə xəyanətkar Rusiyanın hesabına orda-burda döyüşüblər.Bu dəfə də məğlub olacaqlar.Bizə metal qırıntılarından başqa heç nəyə yaramayan köhnə silahlar satıb onun pulu ilə ermənistanı silahlandıran Rusiyanın bütün sifətləri ortaya çıxdı.İndi məlum olduy ki,Azərbaycanda vəzifələrə təyin olunan ermən zındıqlarının da arxasında Rusiya dayanırmış.Məqsəd bizi Türkiyəıdən aralı saxlamaq olub.Bəzi kürdlər də Rusiya ilə əlbir olublar.Zaman hər şeyin üstünü açacaq.i

Xalq 2020-09-07 20:35:34

keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol