Menu

Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatır

08.09.2020, 09:20
Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi başa çatır

Sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub.

Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol