Menu

ABŞ Azərbaycana yardım edib

08.09.2020, 17:50
ABŞ Azərbaycana yardım edib

ABŞ səfirliyinin Müdafiə əməkdaşlığı şöbəsi sentyabrın 4-də Mərkəzi Gömrük Hospitalı üçün nəzərdə tutulmuş COVID-19 aşkarlama ləvazimatlarının ilk hissəsini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ianə edib.

Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

“ABŞ EUCOM Humanitar Yardım Proqramı vasitəsilə təqdim edilən ümumi dəyəri 72 000 ABŞ dollarından çox olan bu ianə Azərbaycana COVID-19 pandemiyasına qarşı daha effektiv mübarizə aparmaq üçün dəstək olacaq”, - məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol