Menu

Erməni terrorçusu ölüb

11.09.2020, 11:10
Erməni terrorçusu ölüb

Erməni terror təşkilatı ASALA-nın üzvü Abraam Tovmasyan Livanda avtomobil qəzasında ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ASALA yayıb.

A.Tovmasyan təşkilata 1980-ci illərin əvvəllərində qoşulub. Avropada ASALA-nın terrorçu bazalarından birində təlim keçib.

O, 1983-cü il yanvarın 22-də Parisdə “Turkish Airlines”ın ofisinə qrup şəklində hücumda iştirak edib. 1985-ci ildə Livana qayıdıb. Terrorçunun ölümü ilə bağlı Ermənistanda matəm mərasimi keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol