Menu

Azərbaycanla əməkdaşlıq edən İsrail şirkəti Gürcüstanda saziş imzalayıb

11.09.2020, 15:16
Azərbaycanla əməkdaşlıq edən İsrail şirkəti Gürcüstanda saziş imzalayıb

İsrailin “Rafael” şirkəti Gürcüstanın hava hücumundan müdafiə sistemini gücləndirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Müdafiə Nazirliyi və şirkət arasında saziş imzalanıb.

Razılaşmaya əsasən, Gürcüstanın hava hücumundan müdafiə sistemi tam bərpa olunacaq və modernləşdiriləcək.

Qeyd edək ki, “Rafael Advanced Defense Systems” şirkəti İsrailin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Şikrət İsrail ordusu üçün silah, hərbi və müdafiə texnikası istehsal edir, həmçinin ixrac da həyata keçirir. “Rafael” Azərbaycanla da yaxından əməkdaşlıq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol