Menu

Hindistanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb

12.09.2020, 13:28
Hindistanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb

Hindistanda ötən gün 97,5 min nəfər koronavirusa yoluxub və bu da indiyədək ölkədə qeydə alınan ən yüksək rəqəmdir.

“Report” yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat verilib.

Bildirilib ki, ölkədə üç gündür yoluxmada rekord rəqəmlər qeydə alınır. Belə ki, sentyabrın 10-da 95,7 min, 11-də isə 96,5 min nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı.

Bütövlükdə 4,65 milyon nəfərin koronavirusa yoluxduğu Hindistan bu baxımdan hazırda ABŞ-dan sonra iknci yerdədir. Bunların 3,65 milyonu (77,77 faizi) sağalıb, 77,4 mini (1,66 faizi) də dünyasını dəyişib. Hazırda 958 mindən artıq yoluxan (20,56 faiz) xəstəxanalarda müalicə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol