Menu

Belarusda saxlanılan aksiyaçıların sayı məlum oldu

13.09.2020, 15:20
Belarusda saxlanılan aksiyaçıların sayı məlum oldu

Belarusda şənbə günü keçirilən razılaşdırılmamış aksiyanın 114 iştirakçısı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, aksiyanın 87 iştirakçısı hələ də həbsdə saxlanılır. Nazirlik qeyd edib ki, etiraz aksiyasının iştirakçılarının sayı 1 700 nəfəri ötməyib.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova qeyd edib ki, respublikanın 5 regionunda keçirilən 12 etiraz aksiyasının iştirakçıları 1 700 nəfərdən çox olmayıb. Onun sözlərinə görə, aksiyaçılardan 99-u Minskdə saxlanılıb. 

Şərhlər

Mehdi 2020-09-13 16:51:17

Bu deqiqe Belarusdan canli göstərilir.Baxin görun 1700 du,yoxsa 170000 mindi.Gözgörəti yalan danisrlar ey.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol