FALÇILAR KƏRƏM HƏSƏNOVUN BACISINI NECƏ ALDADIBLAR? - 3 il ərzində külli miqdarda pulunu ələ keçiriblər

Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayev dələduzluğun qurbanı olub. Bununla bağlı açılmış cinayət işinin istintaql da artıq yekunlaşıb. 

Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

Bakıda fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Reyhan Əvəz qızı tanınıb. Bəs falçılar Kərəm Həsənovun bacısının külli miqdarda necə ələ keçiriblər?

İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində “İnstagram” sosial şəbəkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi xüsusilə külli miqdarda pulunu ələ keçirib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.Məlumatlara görə, falçılar Kərəm Həsənovun bacısından 1 milyondan artıq pul əldə ediblər.

635x100

Şərhlər

Vətəndaş 2020-10-15 20:03:45

Rabitə nazirin birinci müavini Əli Abdullayev və Azərpoçtun Baş direktorun müavini Rəsul Bayramovda Kərəm Həsənovun kadrlarıdır.....

ok 2020-09-24 17:21:17

halali

.EJDER NAQILBAZ 2020-09-20 21:31:33

HALAL OLSUN OLARA,ANALOQU OLMAYAN HEREKETDI

şair moşu 2020-09-20 20:57:32

pulu verdim saxlayarsan , yalnız iyin qoxlayarsan, nə bileydim bu pul ilə qızın falına baxdırarsan

şair moşu 2020-09-20 20:57:20

pulu verdim saxlayarsan , yalnız iyin qoxlayarsan, nə bileydim bu pul ilə qızın falına baxdırarsan

Vətəndaş 2020-09-20 20:25:24

SORUŞAN OLACAQMI Kİ KƏRƏMİN BACISI MİLYONU HARADAN ALIB???

Eli 2020-09-20 16:34:09

Hörmetli “Azpolitika” bu müellimi bu işlere qatmaq düzgün deyil bına adı çekilen xanım ve onun heyat yoldaşı cavabdehdir.İkincisi bir az insaflı olun bu müellim ömrü boyu vezifede olsa da quru maaşa baxıb,eger ele olmasaydı bele yüksek mövqeye çatmazdı.Mendiq de bunu deyir.

TARIX 2020-09-20 15:27:31

HAYNAN GƏLƏN VAYNAN GEDƏR DEYİB ATALAR.

Wolfgang 2020-09-20 14:58:08

hətta Qərbi Avropadakı səfirlərimizin də arasında falabaxanların xidmətlərindən yararlananlar vardır, bäli-bäli. Səfir cənabları Bundeskanzleramt-da baş verənləri öyrənmək və diaspor üzvlərinin ona xəyanət eddib-etmədiyini öyrənmək üçün kahin xidmətlərindən istifadə etmək məcburiyyətindədir.

Mehdi 2020-09-20 12:51:51

Falcilar lap yaxsi edib onlarin pullarini aliblar.1 milyon nədiki gerek 10 milyonlarini alaydilar.Kərəm özu 15 il bu milleti alladib milyardlari menimseyib,falcilar da onun.Əslində milletin hayifinin çuzi hissesini aliblar.

RT 2020-09-20 12:19:44

Pullari coxdudaaa Qöresen hardandi bu pullar ?

Vətəndaş 2020-09-20 11:57:07

Oğruda oğruya halaldır. Falçı kişi adamdır. Ancaq bir az az atıb.

Mail 2020-09-20 11:54:14

Bu talançılardan soruşan yoxdur,ki bu pulu haradan kimdən oğurlamısan,kimə atmısan? Kərəmin bacısı falçıya 1 milyon veribsə,ədədi silsilə ilə hesdablansa Kərəmin ölüsü 1 milyardı var. Bəlkə də ber neçə dəfə çox. Ancaq gözün üstdə qaşın var deyən də yoxdur. ...

Rasim 2020-09-20 11:39:40

Ogrudan ogruya halalldit

Son yazılar