Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Bu barədə “Report”a YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
H.Paşayev bildirib ki, bu vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub: “O, vəzifəsini ictimai əsaslarla yerinə yetirəcək”.
Qeyd edək ki, Milli Məclisin deputatı A.Hüseynovun YAP Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyinat alması barədə dünən "AzPolituka.info" məlumat verib. O, bu yaxınlarda YAP-dan istefa verən deputat Siyavuş Novruzovu əvəz edəcək.


Şərhlər
Eh həyat, siyaquş özünü hamıdan güclü hesab edirdi, heç zaval gəlməz deyə düşünürdü.