Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini və Təşkilat şöbəsinin müdiri vəzifələrilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır.
“AzPolitika.info”-ya məlumatlı mənbələrdən daxil olan xəbərə görə, S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub.
Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq.

Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub.
Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib.
Tahir
“AzPolitika.info”

Şərhlər
Ümumiyyətlə bütün sahələrdə rüşvət,korrupsiya.yeyintilə bağlı cinayətkarlar bağışlanmamalı ( Ziya,İbrahimovlar.Fazil,İcra başçıları və digər çox saylı üzvləri) ) ,oğurlayıb mənomsədikləri əllərindən alınmalı,cinayət işi açılmalı vəə qanunla cəzalandırılmalı olduğu halda sətrbəst buraxılınlar...
Aydin muellim deyerli insandir. semimiyyeti ve isguzarliqi ile- en baslicasi insanliqi ile hormet qazanan birisidir- uquqrlar Aydin muellim!
Siyavuş Novruzov partiya işində Aydın Hüseynovdan min dəfələrlə çox məlumatlı və peşəkar, dövlətçiliyə sadiq, döyüşkən və birmənalı mövqeyi olan idi.
Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı təyin olunubYazanda düz yazın
ha ha ha malades,,,ANALOQU OLMAYAN ISLAHATLARDIRRRRR
Az tv qrant gözləyin
Aydın kimdir axı, bütün Qaradag onu tanıyır
ƏFQANISTAN GENERALI S.KUTUZOV ƏVƏZEDİLMƏZDİR.