“MALİYYƏ AMNİSTİYASI ÖZ HƏLLİNİ TAPMALIDIR” - Vahid Əhmədov

“Cənab Prezidentin bu çağırışı təqdirəlayiqdir. Mən özüm də bir neçə dəfə investorlara müraciət, çağırışlar etmişəm. Xaricdə yaşayan və kifayət qədər böyük imkanları olan azərbaycanlılar var, hansı ki, ölkəmiz üçün yaxşı yatırımlar edə bilərlər. Ona görə də dəfələrlə dediyimiz kimi, Azərbaycanda maliyyə amnistiyası verilməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Prezident İlham Əliyevin investorlara çağırışını şərh edərkən bildirib.

Xatırladaq ki, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında postpandemiya dövrünün vəzifələrindən danışıb. “Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, post pandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”, – İlham Əliyev vurğulayıb.

Vahid Əhmədov xatırladıb ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentə müraciət edəndə bu məsələyə toxunmuşdu: “Maliyyə amnistiyası lazımdır ki, insanlar təhlükəsizliklərilə bağlı arxayınlaşsınlar. Əmin olsunlar ki, kimsə sabah onların maliyyəsinin mənbəyini axtarmayacaq. Yalnız bundan sonra onlar əllərində olan kifayət qədər vəsaiti ölkəyə yatıracaqlar”.

Millət vəkili hesab edir ki, xarici investorların Azərbaycanda fəaliyyət göstərməsi üçün mülkiyyət toxunulmazlığı məsələsi həll olunmalıdır. “İnvestora birdəfəlik mülkiyyət toxunulmazlığı statusu verilməlidir. Məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Hazırda Azərbaycanda investisiya yatırmaq üçün çox böyük imkanlar var. Ona görə də mülkiyyət toxunulmazlığı və maliyyə amnistiyası öz həllini tapmalıdır”, - V.Əhmədov vurğulayıb.

Deputat deyib ki, investorlar üçün kifayət qədər güzəştli şərtlər təklif edilir: “Onların yatırım edəcəkləri sahədən asılı olaraq, güzəştlər təklif edilir. İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkları yaradılıb, o məhəllələrdə bütün strukturlar formalaşdırılıb. Orada fəaliyyət göstərən sahibkarlar 7 il müddətinə bütün vergilərdən azaddırlar. Bu cür güzəştlər var. Azərbaycana investisiya yatıran istənilən şəxs üçün münbit şərait yaradılır. Sadəcə, o insanların üzə çıxması üçün müəyyən danışıqlar aparmaq və mütləq şəkildə maliyyə amnistiyası elan etmək olduqca vacibdir”.

“AzPolitika.info”

Вставляется в месте расположения рекламного блока:

Şərhlər

Veteran 2020-12-03 15:26:00

rüşvətxor məmurları cırıq salvarda gəldikləri günə salmaq lazıdır.Bütün qor- qoduqları ilə birlikdə.onda quduzliqları səngiyər.. ...

İ.Mustafaoğlu 2020-09-20 21:14:58

Birinci növbədə dövlətin büdcəsini talan edənlərin sərvətləri dövlətin hesabına keçməli, başqalarıda görülən tədbirdən özləri üçün ibrət dərsi götürməlidirlər. Sonrada MM buraxılmalı, o cümlədən Bələdiyyələrdə.. Yenidən seçki keçirilməli, xalqını qəlbən sevən xalqımızın dəyərli övladları həqiqi seçki yolu ilə MM və Bələdiyyəyə seçilməlidirlər . Ondan sonra Özəlləşməyə yenidən baxılmalı və ASC iş fəaliyyətlərinə nəzarət gücləndirilməlidir. Maliyyə Amnistiyasına dövlətin büdcəsini talan edənlərə şamil etmək olmaz,çünki son illər aparılmış həbslər deməyə imkan veriri ki, İcra Başçılarından tutmuş Nazirlərə kimi dövlət büdcəsinin oğurlanması adi hala çevrilmişdir.

Realist 2020-09-18 13:38:42

Amnistiyadan qabsq hharamla,rusvetle,korrupsiya,budce menimsemeleri arasdiirilmali,dovlete geri qaytarilmalidir.

Cəmşid Dərələyəzli 2020-09-17 09:32:03

Vahid Əhmədov- “MALİYYƏ AMNİSTİYASI ÖZ HƏLLİNİ TAPMALIDIR” Vahid müəllim indiki vəxziyyətdə siz sanırsınız ki, bu mümkün ola bilər. Xeyir ola bilməz. Öncə bunun üçün şərait yaradılmalıdır. Ölkə başçısının da dediyi kimi, köhnəlmiş sistem deyişdirilməlidir. Bunun üçün, ilk öncə uzağı gələn il parlament buraxılmalı, konstitutsiyada dəyişiliklər edilib, refenduma və seçgilərə gedib sistem dəyişikliyinə nail olunmalıdır. Bununla paralel həm də, yerlərdə məmur bürokratiyasını minimuma endirmək üçün bütün rayon icra hakimiyyətləri ləğv olunub, yerində beş-yeddi rayonu birləşdirən regönalnı icra hakimiyyətləri yaradılmalıdır. Bələdiyyə idarəçiliyinə səlahiyyətlər artırılmalıdır. Bəli gözəl fikirdi. Amma yenə deyirəm, öncə şərait və buna da paralel inam yaradılmalıdır. O başqa məsələ ki, kimlərə aministiya veriləcək. Sanmıram ölkə büdcəsini talayıb xaricə daşıyanlara da bu şamil olunmalıdır. Əslində onlar aşkar edilməli oğurladıqları vəsitlər son qəpiyinə kimi büdcəyə qaytardılmalıdır.

.EJDER NAQILBAZ 2020-09-17 08:21:45

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

Amon 2020-09-16 20:52:26

Bu meseleleri milli meclisde qaldirmaq lazimdi cenab deputat sosial sebekelerde yox.axi siz politoloq yox deputatsiniz buna imkanininz var

Rabitəçi. 2020-09-16 19:18:20

1-ci arzuladığın hal ABŞ-da baş verib beləki Avropadan və digər qitələrdən pul oğrayanlar ABŞ-a qaçıb,buda ABŞ üçün sərfəli idi.İndi bizimkilər millətin boğazından kəsib min cür fırıldaqlarla dövlətin büccəsin mənimsələyiblər indi gəlib onları əf edək sonrada 5-ci kalonla əlbir olub dövləti dahada çox talan etsinlər,yəqin bu təlimatı çox huxarıdan alıb bu millət vəkilimiz.

Qoca Molla 2020-09-16 18:58:04

illerdir Dovletin budcesini ogurlasinlar sonra da amnistiya verilsi?!

Nazim 2020-09-16 17:25:37

Bunun ozunun de babat pulu var, ona gore bele daniwir

Vətəndaş 2020-09-16 16:37:53

xalqın milyardlarını oğurlayanlara,atanlara bu aid edilsə,o deməkdir ki,öz işinizdə davam edin daha çox oğurlayın,millətə atın

Vətəndaş 2020-09-16 16:35:34

xalq

Nazim 2020-09-16 16:07:47

Ramiz Mehdiyevden daniwmadin hec, neden geldi daniwirsan...

Son yazılar