Menu

ABŞ könüllüləri Gürcüstandakı parlament seçkilərini izləyəcək

16.09.2020, 22:36
ABŞ könüllüləri Gürcüstandakı parlament seçkilərini izləyəcək

ABŞ Dövlət Departamenti Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə könüllülər göndərəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi MayklPompeonun Gürcüstanın xarici işlər naziri Davit Zalkalianiyə ünvanladığı məktubda bildirilib.

ABŞ könüllülərinin ATƏT-in müşahidə missiyasına qoşulmaları nəzərdə tutulub.

M.Pompeo Gürcüstan hökumətinin beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsini təşviq etmək və asanlaşdırmaq üçün atdığı bütün addımları yüksək qiymətləndirdiyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol