Sərdar Cəlaloğlu: “Əslində, hakimiyyət bu gedişlə Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi”
Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyasının Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə Anar Ələkbərova ətraflı məlumat verib.
Ölkə prezidentinin köməkçisinin bu gedişi sosial şəbəkələrdə və bəzi saytlarda “hakimiyyətlə Ramiz Mehdiyev arasında münasibətlər düzəldi, yoxsa bu gedişin əslində fərqli mənası vardı” kimi şərhləri meydana gətirib.
İqtidar Ramiz Mehdiyevi bağışladımı? Yoxsa hakimiyyət Mehdiyevlə konfrontasiyaya getməkdən yayındı? Anar Ələkbərovun AMEA-ya getməsinin digər siyasi anlamı varmı?
Bəzi yorumlarda bildirilir ki, Anar Ələkbərovun AMEA-ya göndərilməsi, Ramiz Mehdiyevin ona hesabat verməsi əslində Mehdiyevi kiçik göstərməkdir.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, əslində, hakimiyyət bu gedişlə Ramiz Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi: “Əvvəla, Ramiz Mehdiyev əgər o cür yüksək vəzifədən çıxarıldıqdan sonra çox aşağı bir vəzifəyə keçməyə razılaşıbsa, həmin aşağı ranqlı vəzifənin də davranışlarını nümayiş elətdirməyə borcludur. Akademiyanın prezidenti böyük bir siyasi post deyil.
O, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və digər yüksək dövlət orqanlarına hesabat verməlidir. Yəni əgər Ramiz Mehdiyev istəmirdisə vaxtı ilə özündən dəfələrlə aşağı yerlərdə olmuş şəxslərin, orqanların təmsilçilərinin qarşısında ayaq üstə hesabat versin, gərək o, yaşını filanı nəzərə alıb AMEA prezidenti vəzifəsindən imtina edeydi.

Məsələnin ikinci tərəfinə və sualınıza gəlincə, mən hesab edirəm ki, əslində hakimiyyət bu gedişlə Ramiz Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi. Bununla göstərdilər ki, Ramiz Mehdiyevi iqtidarın siyasətinə tabe etdiriblər.
Bu mesajın mahiyyəti budur ki, Ramiz Mehdiyev kiçik bir məmur kimi hökumətə tabedir və onun artıq əvvəlki kimi dövlətin həyatında funksiyası yoxdur. Odur ki, mən Anar Ələkbərovun AMEA-ya gedişini Ramiz Mehdiyevlə iqtidarın barışması və ya iqtidarın onun qarşısından geri çəkilməsi kimi yozmağın yanlış olduğunu düşünürəm.
Nəzərə alın ki, Anar Ələkbərov Ramiz Mehdiyevə hesabat vermirdi, Ramiz Mehdiyev Anar Ələkbərova hesabat verirdi. Mən bu gedişi iqtidarın Mehdiyevə qarşı atdığı çox düşünülmüş siyasi addım olduğunu hesab edirəm. Bu, Ramiz Mehdiyev erasının bitdiyinin elan edilməsi idi".

Şərhlər
iki qardash azerbaycan siyasetinde dedi qodu dushuncesinin metamorfozasi
Her ölkede bir nefer var ki heç kime hesabat vermir ki odadövlet başçısıdır.Qalanlar ise here öz panqınde kimese tabedir.Bu bütün dünyada beledir be hemişe bele olub.Serdar bey bunu bilmemiş deyil.Her halda yaş öz tesirini gösterir .
Serdar bey men sizi guclu siyasetci hesab edirdim sehv etmiwem
Deməli Naxçıvanın Babək rayonunun Cəhri kəndi var. Həmin kəndin sakinlərinə həmişə araqarışdıran deyirlər. Xalq arasında "Cəhri qaşığı" deyilən bir söz də var. Araqarışdıranlara "Cəhri qaşığı" deyirlər. Bunu Elnur Məhərrəmli yaxşı bilər. İqtidardan ən aktiv söz deyən Siyavuş Novruzov və müxalifətdən isə Sərdarla Qurban Məmmədovlardır. Onlara nə hava çalırlar onu da oynayırlar. Öz əqidələri yoxdur. Cəhrililər məni bağışlasın, həmin kənddən yaxın dostlarım var.
Bu Sərdarı da kukla edib atıblar ortaya, nə sifariş verirlər onu danışır. Özünnən yeni proqnozlar düzüb qoşur. Bu gün dediyi ilə dünənki bir-birini tutmur. Özü də bilir ki, yalan danışır. Ramiz Mehdiyev bu iqtidarın siyasətini yaradanlardandır. Necə yəni göstərdilər ki, R.Mehtiyevi bu siyasətə tabe oldu..
Mehdiyevin özü iştirak etməsəydi, vitse prezident iştirak etsəydi bunu başqa cür yozacaqdılar..Özü iştirak edib bunu da birbaşqa cür yozurlar...Yəni belə eləyirəm dədəm ölür, ela eləyirəm nənəm ölür...Bu indi neynəsin yaxşı?
Dede Qorqud: Yalincigin Beyreyin xencerinin altindan kecmesi...