Menu

Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxdu

19.09.2020, 14:18

Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan 4-ü əsas, 2-si isə yan xətt referiləridir.

Aşağı liqalarda idarəçilik edən hakimlərdə xəstəliyin sipmtomları müşahidə olunmasa da, hər biri karantinə alınıb. Onlar 14 gün müddətinə təcrid olunublar.

Qeyd edək ki, daha əvvəl Türkiyədə 2 hakim koronavirusa yoluxmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol